Siyasət

  • 1 752

Azərbaycan-Litva əməkdaşlığı yeni mərhələyə qədəm qoyur ŞƏRH

image

Sovetlər Birliyinin süqutundan sonra ittifaqa daxil olan respublikalar içərisində Azərbaycanın Baltikyanı respublikalarla - xüsusilə də, Litva ilə dostluq münasibəti daha da genişləndi. Türkiyə və Pakistan kimi qardaş ölkələrlə yanaşı Azərbaycanın müstəqilliyini ilkin tanıyan ölkələrdən biri də Litva Respublikası olmuşdur. Əsası həmin dövrdə qoyulmuş strateji tərəfdaşlıq Litva Prezidenti Gitanas Nausedanin may ayının 18-də Respublikamıza rəsmi səfəri yeni əməkdaşlıq platformasının qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Elə həmin gün Heydər Əliyev mərkəzində keçirilən Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha nümayiş etdirdi ki, Azərbaycan sülh, əməkdaşlıq və qarşılıqlı iqtisadi əlaqələr üçün bütün ölkələrlə, o cümlədən Litva Respublikası ilə hərtərəfli və yüksək səviyyəli əməkdaşlığa hazırdır. İkitərəfli görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib ki, biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə təşəkkür edirik. Çünki Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır və bu ölkələrlə münasibətlər yüksələn xətlə inkişaf edir.Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb.Forumda Azərbaycanın digər sahələrlə yanaşı nəqliyyat-loqistika sahəsində də son illər mühüm irəliləyişlər əldə etdiyi vurğulanmışdır. Ölkəmiz əlverişli coğrafi məkanda yerləşməklə Xəzəryani və Asiya ölkələri ilə həm avtomibil yolları, həm dəniz, həm dəmir yolu, həm hava yolunu özündə birləşdirən müasir nəqliyyat infrastrukturu yaratmağa nail olmuşdur. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyinə görə bu baxımdan gələcəkdə daha mühüm perspektivlərə sahib olacaq. Görüşün sonunda Litva Prezidenti Gitanas Nauseda Azərbaycana səfərindən məmnunluq ifadə edərək qeyd edib ki, Azərbaycan Litvanın Qafqaz regionunda ən önəmli tərəfdaşı olduğu kimi enerji sektorunda Avropa İttifaqının da etibarlı tərəfdaşı kimi müsbət bir imic qazanıb. Ona görə də biz ölkələrimiz arasında etibarlı partnyorlar kimi yüksək əməkdaşlıq potensialı görürük.Litva Prezidentinin Azərbaycana səfəri başa çatsa da, Avropa mətbuatında bu yüksək səviyyəli görüş və biznes forun barədə məlumatlar hələ də yer alır. Bu, Azərbaycanın Beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir.

Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər