Siyasət

  • 839

Əhəd Qəzayi: İran xalqı və dövləti Azərbaycana hörmət və ehtiramla yanaşır

image

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev İran ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. Onun siyasəti nəticəsində iki ölkə arasındakı münasibətlər inkişaf mərhələsinə qədəm qoyaraq bugünkü yüksək səviyyəyə gəlib çatıb.Bu fikrirləri İranın Azərbaycandakı keçmiş səfiri Əhəd Qəzayi deyib. O xatırladıb ki, Bakıda səfir kimi fəaliyyət göstərdiyi dövrdə Prezident Heydər Əliyevlə görüşüb bəzi məsələləri müzakirə edərkən onun qonşu İranla əlaqələrə nə qədər həssaslıqla yanaşdığının şahidi olub.

Keçmiş səfir ulu öndər Heydər Əliyevlə görüşlərin birində dediyi “Çoxəsrlik tariximizdə biz bu əsrlərin çoxunu bir yerdə olmuşuq. Biz bir dinə, eyni köklərə malikik. Bizim adət-ənənələrimiz eynidir. İnsanlarımız genetik baxımdan bir-birinə bənzəyir. Burada sizə bənzəyən Azərbaycanlı nə qədərdir. Amma sizə bənzəyən bir erməni, bir gürcü tapa bilməsiniz...” fikirini xatıradaq bildirib ki, Heydər Əliyevin xarici siyasət kursunda İran prioritet hesab olunurdu.
Məhz Heydər Əliyevin səyləri ilə bu gün İran ilə Azərbaycanın münasibətləri mehriban qonşuluq və dostluq xarakteri daşımağa başlayıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev bu münasibətləri daha da inkişaf etdirib. İbrahim Rəisi İran Prezidenti seçildikdən sonra yaxın qonşularla münasibətlərin inkişafını, siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit əlaqələrini daha da yaxınlaşdırmağı əsas məsələ kimi ortaya qoyub. Hər iki prezidentin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafına can atması münasibətlərin inkişafına səbəb olub. Buna misal olaraq Aşqabad görüşünü göstərmək olar. Bu görüş çərçivəsində qaz mübadiləsi barəsində razılaşma, İran ərazisindən keçməklə Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya xətlərinin yaradılması haqqında memorandum, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əməkdaşlıq və digər birgə iqtisadi layihələr qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafının göstəricisidir.
Əhəd Qəzayi qeyd edib ki, Qarabağın işğaldan azad edilməsi çox sevindiricidir. Bu Qələbəyə Prezident İlham Əliyevin Azərbaycanı gücləndirmək siyasəti ilə nail olunub. İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və suverenliyinə hörmətlə yanaşıb.
Diplomat vurğulayıb ki, o zaman da, indi də İran-Azərbaycan əlaqələrinin inkişafı regionda marağı olan bəzi qüvvələri narahat edir və onlar münasibətlərin inkişafına maneə törətməyə çalışırlar. Lakin Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və praqmatik addımları bunların qarşısını alır. İran xalqı və dövləti Azərbaycana hörmət və ehtiramla yanaşır.

yap.org.az

Digər xəbərlər