Siyasət

  • 1 779

Litva və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir

image

Litva və Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkə arasında uzun illərdir ki, bir sıra ikitərəfli görüşlər keçirilib, danışıqlar aparılıb, rəsmi sənədlər imzalanıb. Mən deyə bilərəm ki, imzalanan bu sənədlərdən ən mühümü "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi olub. Ölkə başçısı İlham Əliyevin Litvaya 2007-ci ildəki səfəri Azərbaycan-Litva münasibətlərinin inkişafına geniş perspektivlər açdı. Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. 18 may tarixində keçirilən Azərbaycan-Litva biznes forumu işgüzar əlaqələr qurmaq üçün yaxşı fürsət kimi qiymətləndirilə bilər. Eyni zamanda bundan sonra hər iki ölkədə yeni işlər qurmaq üçün çoxlu imkanlar yaradacaqdır. Bildiyimiz kimi hazırda gündəlikdə olan əsas məsələlər arasında ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji və təhsil sahələri var. Ölkəmizdə biznes mühiti yeni investorlar üçün olduqca əlverişlidir. Elə dünya şirkətləri var ki, Azərbaycan biznes mühitinə on milyardlarla birbaşa xarici investisiyalar qoyurlar. Dövlət iqtisadi siyasətinin gündəliyində olan məsələrdən biri də xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsidir. Uzun illər investisiya proqramları əsasən neft-qaz sektoruna aid idi. Hazırda isə investisiya bərpaolunan enerji sahəsini və başqa müxtəlif sahələri də əhatə edir. Bu da ölkəmizdəki xarici biznes mühitinin inkişafından xəbər verir. Bizim bütün səylərimiz regionda sülh və sosial iqtisadi rifahın təmin olunmasıdır. Azərbaycan isə bu missiyanı yerinə yetirə biləcək gücə malikdir. Beynəlxalq aləm də sülh və təhlükəsizliyin təmin olduğu mühitlərdə qarşılıqlı iqtisadi əlaqələrə maraqlıdır. Bu gün Azərbaycan bütün dünya ölkələri ilə qarşılıqllı faydalı və səmərəli əlaqələrə malikdir. Avropa Şurasının son illərdə dövlətimizin siyasi xəttini dəstəkləməsi və sülhə olan marağımızı yüksək qiymətləndirib, bu sahədə fəaliyyəti həqiqətən təqdirəlayiq haldır.

Müşfiq Cəfərov
Milli Məclisin deputatı

Digər xəbərlər