PDF Oxu

Siyasət

  • 1 220

“Azərbaycanlıların öz ata-baba yurdlarına qayıdış hüququ mütləq təmin edilməlidir” - SİYASİ ŞƏRHÇİ

image

"Azərbaycanlılara qarşı etnik təmizləmə məsələləri artıq ilk dəfə deyil BMT platformasından dilə gətirilir. Bununla bağlı illərdir iş aparılır, aparılıb, təbii ki, aparılmağa da davam edəcək. Yəni bu məsələ dünyanın diqqətini cəlb etmək üçündür". Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.Onun sözlərinə görə, üstəlik də Azərbaycanın əlbəttə ki, bir hüququ var bu etnik təmizləmə ilə bağlı hüququ Ermənistana qarşı iş açmaq, təzminat tələb etmək, orada qovulmuş Qərbi azərbaycanlıların Azərbaycanda öz yurd-yuvasına qayıtmasını təmin etmək və s: "Baxımından, yeni düşünürəm ki, BMT platformasından bu baxımdan effektiv şəkildə istifadə edilməsi yerinə düşür.Ümumiyyətlə, biz düşünürük ki, azərbaycanlıların qayıdış hüququ mütləq təmin edilməlidir. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, biz ora qayıdacağıq, tanklar üzərində deyil, əlbəttə, maşınlarımızla, kimisi hansısa vasitələrlə. Yəni biz müharibə üçün, döyüş üçün qayıtmırıq ora. Biz sadəcə olaraq oraya dinc şəraitdə öz ata-baba yurdumuza qayıtmaq istəyirik. Bu baxımdan məsələnin BMT platformasından dünyaya çatdırılması yerinə düşür.Ümumiyyətlə, belə təşəbbüslər dünya ictimaiyyətinin məsələyə münasibətinin dəyişdirilməsi baxımından da dəyərləndirilməlidir və əlavə olaraq da sülh danışıqları prosesində də bu faktor mütləq nəzərə alınmalıdır.Düzdür, sülh müqaviləsi artıq paraflanıb, indi imzalanmasını gözləyir. Əslində biz gözləyirdik ki, bu payızda o müqavilə imzalanacaq, amma Ermənistanda baş verən siyasi proseslər bunu mümkünsüz etdi. Hələlik Ermənistan atmalı olduğu addımları atmadığına görə də bu müqavilə imzalanıb qüvvəyə minə bilmir. Bununla belə, biz Ermənistanla əlbəttə ki, təmasları, danışıqları davam etdiririk. Müxtəlif kommunikasiyaların açılması baş verməkdədir, hətta ticarət artıq yavaş-yavaş təşkil edilməkdədir. Bütün bunlarla bərabər, bir daha deyirik, bu məsələ mütləq gündəmdə tutulmalıdır".

Müəllif: Lətifə Musayeva

Digər xəbərlər