Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2026) ikinci günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirə qatılaraq geniş xarakterli çıxış edib. Prezident İlham Əliyevin forumdakı çıxışında və tədbirin əhəmiyyətini və forumun müasir qlobal çağırışlar fonunda Azərbaycanın artan nüfuzunu aydın şəkildə nümayiş etdirdiyini qeyd etmişdir.
Çıxışda əsas diqqət xarici sərmayələrin qorunmasına və ölkədə yaradılmış əlverişli biznes mühitinə yönəldilib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan altımışdan çox ölkə ilə investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında ikitərəfli müqavilələr imzalayıb. Bu addım ölkəyə daxil olan xarici kapitalın hüquqi müstəvidə tam təminat altına alınmasını göstərir.
Parçalanmış dünyada etimadın bərpası. Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi,ölkəmizin geoiqtisadi potensialını və xarici kapital üçün cəlbediciliyini bir daha qlobal müstəvidə nümayiş etdirdi.
Prezident İlham Əliyev forumda həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə toxunub. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin "yaşıl enerji" zonasına çevrilməsi, investorlara xüsusi təşviq paketləri və yeni iqtisadi rejimlər təklif edir.
Həmin bölgələrin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin təkcə regional deyil, qlobal logistika zəncirinə inteqrasiya olunduğu vurğulanıb.
Çıxışının sonunda dövlət başçısı qeyd edib ki, Azərbaycanın dinamik inkişaf edən iqtisadiyyatı, əlverişli coğrafi mövqeyi və etibarlı tərəfdaş reputasiyası ölkəni iri transmilli şirkətlər üçün strateji mərkəzə çevirir
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya ölkəni təkcə regional güc mərkəzi deyil, həm də qlobal bazarlar arasında strateji iqtisadi keçid və etibarlı investisiya limanı statusuna yüksəltmişdir.
Əhməd Panayev
Nərimanov rayon ƏPT sədri, Azərbaycan Rəssamlıq Akademiyası Mülki müdafiə qərargah rəisi.