PDF Oxu

Siyasət

  • 727

Çindən Avropaya uzanan ticarət marşrutunda Azərbaycan dəmir yolları əsas halqa rolunu oynayır - ŞƏRH

image

Azərbaycanın son illərdə nəqliyyat və loqistika infrastrukturuna yatırdığı milyardlarla dollarlıq investisiyalar ölkəni təkcə regional deyil, qlobal ticarət xəritəsinin əvəzolunmaz qovşağına çevirib.
Şərq Qərb və Şimal Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan; dəmir yolları, müasir dəniz limanları, hava yolu ilə yükdaşımalar və beynəlxalq əhəmiyyətli avtomobil yollarına komplekt yanaşma tətbiq edərək Mərkəzi Avrasiyanın əsas loqistika mərkəzi statusunu möhkəmləndirib. Nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı layihələrin başında Bakı-Tbilisi-Qars dəmir yolu xətti gəlir. Bu dəmir yolu Asiya ilə Avropanı birləşdirən ən qısa və təhlükəsiz quru yoludur.Çindən Avropaya uzanan ticarət marşrutunda Azərbaycan dəmir yolları əsas halqa rolunu oynayır.Ölkə daxilində yükdaşıma tutumunun artırılması üçün ana xətlər elektriklaşdırılıb, siqnalizasiya sistemləri yenilənib və yük qatarlarının hərəkət sürəti dəfələrlə artırılıb.Rusiya Azərbaycan İran sərhədi boyunca dəmir yolu infrastrukturu yenidən qurularaq Hind okeanından Şimali Avropaya qədər yüklərin daşınma müddəti əhəmiyyətli dərəcədə qısaldılıb.Ələt qəsəbəsində inşa edilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı regionun ən böyük və müasir loqistika habıdır. Liman təkcə yüklərin aşırması ilə kifayətlənmir, həm də azad iqtisadi zona tərkibində inteqrasiya olunmuş xidmətlər təqdim edir. Həmçinin Azərbaycanın mülki aviasiya sahəsinə etdiyi investisiyalar ölkəni regionun hava kargo liderinə çevirib. Dəmir yolu, dəniz, hava və avtomobil yollarına paralel şəkildə edilən böyük həcmli investisiyalar Multi modal loqistika konsepsiyasını reallığa çevirdi. Bu dörd əsas nəqliyyat qolunun bir-birilə tam inteqrasiyası nəticəsində:
​Yüklərin çatdırılma müddəti və xərcləri minimuma endirildi.
​Azərbaycanın qeyri-neft sektorundan gələn tranzit gəlirləri dəfələrlə artdı.
​Ölkənin qlobal təchizat zəncirindəki geostrateji mövqeyi möhkəmləndi.
​Bu irimiqyaslı yatırımlar Azərbaycanı təkcə resurs ixrac edən ölkə kimi deyil, Avrasiya qitəsinin ən etibarlı və effektiv nəqliyyat-loqistika mərkəzlərindən biri kimi mövqeləndirib.

Elşən Əmoyev

YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər