PDF Oxu

Siyasət

  • 749

Tarixin 44 günü - FOTO

image

Dağlar diyarı Lerikdə sentyabrın 29-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı sayəsində rayon Mədəniyyət Mərkəzində "Tarixin 44 günü” adlı Vətən müharibəsi veteranları ilə gənclərin görüşü təşkil edilib.
Lerik rayon İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı İskəndər Tahirlinin, Vətən müharibəsi iştirakçıları Nizami Talıbovun, Elnur Eyvazzadənin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları və gənclərin iştirak ilə keçən tədbirdə İkinci Qarabağ müharibəsi veteranları 44 günlük tarixi Zəfər yürüşündə keçdikləri şərəfli döyüş yollarından, hərbçi yoldaşlarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələrdən danışıb, bunlarla bağlı xatirələrini bölüşüb, iştirakçıların suallarını cavablandırıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər