Siyasət

  • 762

Türkiyə-Azərbaycan münasibətləri qardaşlığın ən ali zirvəsindədir - İB SƏDRİ AÇIQLADI

image

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir”. SİA xəbər verir ki, bunu İslahatçı Qadınlar və İnnovasiayalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib.

O bildirib ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir: “Bu bir reallıqdır ki, bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyevdə öz çıxışında vurğulayıb ki, “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb. Tarix boyu Azərbaycan-Türkiyə münasibətləri heç vaxt bugünkü qədər güclü və sıx, möhkəm bağlarla bağlanmayıb. Bu gün biz bu qardaşlığa şahidlik edirik. 44 günlük qarabağ savaşındada biz bu qardaşlığın ən ali məqamını gördük. Hətta Türkiyənin sabiq baş naziri Binəli Yıldırımda etiraf edib ki, “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Preizdent Ərdoğan deyə bildi ki, “Qarabağ sizin haqq işinizdir”. Ərdoğan deyə bildi ki, sizin sizin başınıza gətirilənlər, bizim də başımıza gətirilib. Biz sizin yanınızdayıq. O. Bu mesajı bütün dünyaya göndərə bildi”. Doğrudanda, o zaman Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilmədi. Ancaq ikinci Qarabağ müharibəsində yalnız biz yox bütün dünya Rəcəb Ərdoğanın simasında Türkiyəönin Azərbaycanın yanında olduğu mesajını aldı Hətta Qatabağ səmasında uçan Türkiyə “Bayrakdar”ları dünyaya nümayiş etdirdi ki, rəsmi Ankara Azərbaycanın haqq işində sona kimi rəsmi Bakını dəstəkləyəcək. Bu gündə Türrkiyə tam Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı tam realizə olunur”

V.Hüseynli qeyd edib ki, sabah öz işinə başlayacaq Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilən “Teknofest” Festivalına bu dəfə Bakının ev sahibliyi etməsi məhz Azərbaycan Türkiyə qardaşlığının daha bir göstəricisidir.

Digər xəbərlər