”Gələn il Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası Şuşa şəhərində keçiriləcək”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.O, parlament sədri Sahibə Qafarovaya müraciət edərək bildirib ki, iclasın may-iyun aylarında keçirilməsi nəzərdə tutulur: “Hörmətli sədr, bu məsələni sizinlə də müzakirə etməliyik”.
Arzu Qurbanlı