PDF Oxu

Siyasət

  • 2 485

Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq ŞƏRH

Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq ŞƏRH

Məlum olduğu kimi, Prezident lham Əliyev və Birinci xanım Mehriban Əliyeva May ayının 27- də Zəngilan rayonuna növbəti dəfə səfər etmişlər. Səfər çərçivəsində Dövlətimizin Başçısı və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olmuşlar. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq prosesləri ilə yaxından tanış olmaları, Onların bu ərazilərə nə qədər dəyər verdiklərinin baris nümunəsidir.Ölkə rəhbərinin görülən işlərə şəxsən nəzarət etməsi, müvafiq göstərişlər verməsi, həm Azərbaycan cəmiyyətinə, həm də dünya ictimaiyyətinə ötürülən mesajlar Azərbaycanın müstəqillik yolunda inamlı addımlarını və qətiyyətini bir daha təsdiqləyir. Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında çıxışında qeyd etmişdir ki, Rus imperiyasının dağılması nəticəsində Azərbaycan xalqı 104 il bundan əvvəl müstəqilliyə qovuşdu. Ancaq birinci respublika çox yaşaya bilmədi, süqut etdi, cəmi iki ilə yaxın müddət ərzində yaşamışdır. Dövlət müstəqilliyimiz elan olunandan bir gün sonra Azərbaycan Xalq Cümhuriyyəti bizim qədim şəhərimiz olan İrəvanı Ermənistana təhvil verdi. Cənab İlham Əliyev haqlı olaraq vurğulada ki,bu tarixi faktı unutmaq olmaz. Azərbaycanın qədim diyarı bizdən ayrı düşdü. XX əsrin əvvəllərində və sonrakı dövrlərdə müstəqilliyimiz möhkəm olmamışdır. Həm Şərqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı. Tarixi fakdır ki, O vaxtkı hakimiyyət torpaqlarımızı qoruya bilmədi.Azərbaycan 1993-cü ildən sözün əsl mənasında öz həqiqi müstəqilliyinə qovuşdu. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik. Çünki bu işğalı şərtləndirən xarici amillər olub. Xalqının Ümummilli lideri Heydər Əliyevin böyük dühası, əzmi və nəhəng idarəçilik ideyaları əsasında,prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmiz inkişaf etməkdə, regionda ən güclü dövlətə çevrilməkdədir.rezident İlham Əliyev qeyd etdi ki,“Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik”Dövlətimizin başçısının da vurğuladığı kimi , artıq Dağlıq Qarabağ münaqişəsi həll olunub, Minsk qrupu öz fəaliyyətini başa vurub. Bütün dünya, aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar yeni reallıqları qəbul edir. Qarabağ diyarının Azərbaycan ərazisi olduğunu bütün dünya təsdiqləyir.Bu gün işgaldan azad edilmiş ərazilərdə Bərpa-quruculuq işləri surətlə davam edir deyən prezidentimiz qeyd etdi ki,birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər deyən dövlətimizin başçısı qeyd etdi ki,İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək.İşğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələr dayanmadan genişlənir. Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək.Bütün bunlar bir daha bizi əmin edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə qısa zamanda işgaldan azad edilmiş ərazilərimiz cənnətə dönəcək.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər