PDF Oxu

Siyasət

  • 2 244

Müasir standartların tətbiqi Ağıllı kəndin qururulmasında həyata keçirildi ŞƏRH

Müasir standartların tətbiqi Ağıllı kəndin qururulmasında həyata keçirildi ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad olunmuş ərazilərdə salınacaq ilk “ağıllı kənd”in təməli isə aprelin 26-da qoyulmuşdur. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanılmışdır. Bəyan edildi ki, “ağıllı” kənd və şəhərlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. “Ağıllı kənd təsərrüfatı”nda isə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları dronlar vasitəsilə idarə etmək və nəzarətdə saxlamaq mümkün olacaq. “Ağıllı” təsərrüfatlar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini və satışı müasir tələblərə uyğun qurmağa imkan verəcək. Müasir şəhərsalma standartlarının tətbiqi, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, suelektrik stansiyalarının, günəş paneli stansiyalarının quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər də bu konsepsiyanın əsas komponentləri sırasındadır. Artıq Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa edilmiş, bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi üçün tədbirlər görülmüşdür.

Tural Qasımlı
Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının sədri

Digər xəbərlər