Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 44 günlük Vətən müharibəsindəki Qələbədən sonra mütəmadi olaraq işğaldan azad olunan bölgələrə səfərləri zamanı barbarlar tərəfindən vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan və gələcəkdə aparılacaq tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyyələrini verir. Bu, dövlətimizin başçısının İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizdən ötən müddət ərzində erməni faşizminin yerlə - yeksan etdiyi yaşayış sahələrimizin bərpasına diqqətlə yanaşdığını göstərir.
Qarabağ və Şərqi Zəngəzurda tikin¬ti-quruculuq işləri getdikcə geniş vüsət almaqdadır. Gələcəkdə orada yaşayacaq soydaşlarımızın normal həyat şəraitini təmin etmək üçün infrastruktur obyektlərin inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqya¬sının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binala¬rın tikilməsinə əlverişli imkan yaradır. Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyevanın cari ayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir.Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda aparılan bərpa-quruculuq prosesi çərçivəsində görülən işlər xüsusi diqqət çəkir. Prezident İlham Əliyev və birinci xa¬nım Mehriban Əliyevanın mayın 26-da bu rayona səfərləri zamanı Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanış¬lıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasiminin reallaşdırılması bunun parlaq ifadəsidir.Dövlət başçımızın diqqət və qayğısı nəticəsində yaşayış üçün tam hazır olan Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirdi ki, “Zəngilana və başqa bu kimi yerlərə, İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.Möhtərəm Prezidentimiz əhali ilə görüşündə demişdir ki, “Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən sa¬lınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğ¬ma diyara qaytarmaqdır.”Aparılan tikinti , quruculuq abadlıq işlərinin iş tempini nəzərə alaraq dyə bilərəm ki, qısa zaman kəsiyində məcburi köçkün soydaşlarımız Möhtərəm Prezidentimizin diqqət və qayğısı nətiicəsində tezliklə dədə-baba yurdlarına qovuşacaqlar.
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri