"Dünyada Türkiyə və Azərbaycan qədər həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mədəni baxımdan bir-birinə yaxın olan ikinci bir dövlət əlbəttə ki, yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsi o hala çatıb ki, artıq tərəflər demək olar ki, hətta xarici siyasət sahəsində eyni fikirləri səsləndirirlər: "Azərbaycanın İkinci Qarabağ müharibəsi dövründə Türkiyənin həm siyasi, həm mənəvi dəstəyinin böyük əhəmiyyəti oldu. Müharibə zamanı eyni zamanda Türkiyənin müdafiə sənayesinin böyük dəstəyi oldu. Həm Azərbaycanda, həm də Türkiyədə dövlət başçıları səviyyəsində keçirilən tədbirdə prezidentlərin iştirak etməsi iki dövlətin bir-birinə verdiyi böyük dəyərin növbəti göstəricisidir. Əlbəttə ki, Azərbaycan Ordusu Türkiyənin ordu sisteminə uyğun olaraq yenidən formalaşdırılır. Bu böyük bir inkişafdır. Düşünürəm ki, tərəflər arasında bu münasibətlər əslində tərəflərin gələcək inkiçafının təminatı kimi qiymətlənidirilə bilər. Bu səbəbdən Türkiyə-Azərbaycan münasibətlərinə baxdıqda sadəcə müsbət fikirlərə söykənə bilərik".
Arzu Qurbanlı