“Sayca Brüsseldə 3-cü görüş baş tutdu. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu görüşü ümumən müsbət qiymətləndirdi və Azərbaycanın sülh təklifləri qəbul olunur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirdi.

Onun sözlərinə görə, bunu həm Ermənistan tərəfinin, həm də Avropa İttifaqının mövqeyində aydın şəkildə müşahidə olunur: “Ən vacib məqam isə ondan ibarət idi ki, Azərbaycandan sonra Ermənistanda sərhəd komissyasının tərkibini müəyyənləşdirdiyini bildirdi. Görüşdən bir neçə gün sonra artıq Azərbaycanla Ermənistanın sərhəd komissiyalarının görüşü baş tutdu. Hesab edirəm ki, bu irəliyə doğru təsirli bir addımdır. Azərbaycan növbəti dəfə Brüsseldə may ayının 22-sin də nümayiş etdirdi ki, haqlı tərəflərini inamla müdafiə etməkdədir. Ölkə Prezidenti Brüssel görüşündə minaların təmizlənməsində müəyyən addımlar atılmalı olduğunu və 90-cı illərdin əvvəllərdində 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş soydaşlarımızın taleyinin müəyyənləşdirilməsi məsələsini vurğuladı. Cənab Preizdent bununla Ermənistanı ifşa edərək,onların təcavüzkar və işğalçı dövlət olduqlarını bir daha diqqətə çatdırmış oldu. Çünki ərazilərimizin minalanması Ermənistan tərəfindən xautik olaraq həyata keçirilmişdir. Ermənistanın əlində minalanmış Azərbaycan ərazilərinin doğru dürüst xəritəsi də mövcud deyil. Nəzərə almaq lazımdır ki, minalama beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərədən biri kimi nəzərdən keçirilməkdədir. Bmt çərçivəsində ərzailərin minalardan təmizlənməsi məsələsi xüsusi diqqət mərkəzindədir. Ermənistan hər zaman olduğu kimi beynəlxalq hüquq normalarına zidd davranaraq ərazilərimizi minalamışdır. Azərbaycan humanist şəkildə atəşkəs edərək Ermənistan Azərbaycanın vermiş olduğu imkandan istifadə edərək ərazilərimizi minalamaq üçün istifadə edib. Ölkə Prezidenti bütün bunları xüsusi vurğuladı. Azərbaycan vətəndaşlarının bununla əlaqədar olaraq ciddi şəkildə ziyan gördüklərini də qeyd etdi”.