PDF Oxu

Siyasət

  • 2 920

BAKI ENERJİ HƏFTƏSİ - Azərbaycanın nailiyyətlərini nümayiş etdirən mühüm platforma TƏHLİL

BAKI ENERJİ HƏFTƏSİ - Azərbaycanın nailiyyətlərini nümayiş etdirən mühüm platforma TƏHLİL

Prezident İlham Əliyev: “Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik”

Bu gün paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ənənəvi və ən nüfuzlu tədbiri hesab olunan Bakı Enerji Həftəsinə və Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərinə ev sahibliyi edir. Bakı Ekspo Mərkəzində iyunun 1-dən iyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi (“Baku Energy Week”) öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 31 ölkədən 250 şirkət qatılır.Forumda iştirak edən ölkələr arasında ABŞ, Almaniya, Azərbaycan, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Niderland, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan yer alıb.Tədbirə ənənəvi olaraq Azərbaycanın Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər. Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir: “ACWA Power”, BP, “Equinor”, “Masdar”, INPEX, “Türkiye Petrolleri”, “Baker Hughes”, “Microsoft”, “PASHA Bank”, “TechnipFMC”, “Tenaris”, “TotalEnergies”, “Uniper”, “Azeri MI Drilling”, AZFEN, “Baku Steel Company”, “Caspian Drilling”, “Caspian Marine Services Limited”, Qeyd edək ki, “Ernst & Young”, “Global Energy Azerbaijan Management”, “Tekfen”.İştirakçılar arasında “Bos Shelf”, “Gazprombank”, “Equinor”, “Schlumberger” və digər şirkətlər çıxış edir.

HƏR İL PREZİDENT İLHAM ƏLİYEVİN AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAKI SƏRGİNİN YÜKSƏK STATUSUNU BİR DAHA TƏSDİQLƏYİR

Qeyd edək ki, “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib. O vaxtdan bəri “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı mütəxəssislərin görüş yeri olub, burada gələcək əməkdaşlığa dair memorandumlar, müqavilələr imzalanıb. Sərgi yarandığı ilk günlərdən respublika rəhbərliyinin ciddi diqqəti altındadır. Belə ki, hər il Prezident İlham Əliyevin açılış mərasimində iştirakı sərginin yüksək statusunu bir daha təsdiqləyir. Və ənənəvi “Xəzər Neft və Qaz” sərgisi əvvəlki illərdə olduğu kim, bu dəfə də uzun illər uğur qazandıqları üçün sərgiyə ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrin birinci şəxsləri öz təbrik məktublarını göndərmələri dünya liderlərinin Prezident İlham Əliyevin şəxsinə olan hörmətdən irəli gəlir. Çünki bu gün Cənab Prezidentimizin rəhbərliyi ilə Azərbaycan dünyada çəkisi və rolu artan bir ölkəyə çevrilib. Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirdi, bölgədə yaratdığı yeni reallıqlarla dünya siyasətinə təsir imkanlarını artırdı. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istər multikultural dəyərlərin inkişafı, istərsə də iqtisadi tərəqqi baxımından yeni model təqdim edir. Və Müstəqillik Günü ilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər, faktlar da Azərbaycan dövlətinin və xalqının əldə etdiyi uğurların təsdiqidir. Azərbaycanın beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rolu önə çəkilərək qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində yeni yanaşma özünü qabarıq şəkildə büruzə verir. Təbrik məktublarının hər birində strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə böyük inam ifadə edilir.

“BU KONFRANSIN KEÇİRİLDİYİ İLK İLDƏN ETİBARƏN AZƏRBAYCAN ÖZÜNÜN DÜNYAYA AÇIQ OLDUĞUNU ELAN ETDİ”

“Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb»,-deyən Prezident İlham Əliyev qeyd edib ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb. “Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçıların rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

“MÜSTƏQİLLİYİMİZİN İLK İLLƏRİNDƏ VƏZİYYƏT BELƏ OLMAYIB”

“Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Müstəqilliyimizin ilk illərində vəziyyət belə olmayıb”. Bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, artıq 27-ci dəfədir keçirilən Xəzər Neft və Qaz Sərgi və Konfransı qlobal enerji şirkətlərinin o vaxt müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycana diqqətinin cəlb edilməsində çox əhəmiyyətli rol oynayıb.

"Bu səbəbdən, Xəzər Neft və Qaz Sərgisi təşkilatçıların rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Biz elan etdik ki, Xəzər dənizini əməkdaşlıq və sərmayələr məkanı kimi görmək istəyirik. Xəzərin neft və qaz yataqlarına yatırılan ilk xarici sərmayələr bizim tərəfdən və tərəfdaşlarımız tərəfindən təmin edilmişdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, müstəqilliyin ilk illərində Azərbaycanın xarici siyasətinin ən vacib istiqamətlərindən birini məhz enerji siyasəti təşkil etmişdir. Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan böyük neft strategiyası 1994-cü ilin sentyabrında 15 dövlətdən 33 şirkətin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi”nin reallaşması üçün labüd şərait yaratdı. Bu, Azərbaycan Respublikasının imza atdığı ilk beynəlxalq neft anlaşması idi və ilk gündən adı, tarixi önəmi və gələcəyə hesablanmış strateji mahiyyəti ilə müstəqillik salnaməmizdə ən layiqli yerini tutdu. Son illər ərzində nəinki ölkəmizdə, regionda, Avropa qitəsində enerji təhlükəsizliyi ilə bağlı olan məsələlər arasında ən böyük layihələr imzalanmışdır. Burada “Şahdəniz-2”, TANAP və TAP layihələrini xüsusi ilə vurğulamaq olar.

“ŞAHDƏNİZ-2” LAYİHƏSİ ENERJİ TƏHLÜKƏSİZLİYİ LAYİHƏSİDİR

Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir.Prezident İlham Əliyev bildirmişdir ki, “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır. Təbii ki, bu layihə əlavə səylər tələb edəcəkdir.” Eyni zamanda, dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyinə əmin olduğunu bəyan etmişdir. Təbii ki, “Şahdəniz-2” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu layihə çərçivəsində il ərzində hasil ediləcək 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. Qeyd edək ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Cənub Qaz Dəhlizi həm də “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Cənub Qaz Dəhlizinin icrası zaman Azərbaycan boru kəməri ərazisindən keçən ölkələrlə, eləcə də beynəlxalq maliyyə təsisatları, enerji şirkətləri, aparıcı ölkələrin hökumətləri və Avropa Komissiyası ilə çox sıx əməkdaşlıq əlaqələri qurub. Cənub Qaz Dəhlizin Məşvərət Şurasının hər ilin fevralında Bakıda keçirilən illik toplantısı həmin komanda işinin bariz nümunəsidir. Bu il fevralın 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısı keçirildiyi zaman bəlli oldu ki, planlarımızın ən böyük hissəsi artıq icra olunub və Cənub Qaz Dəhlizi artıq işləyir.Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan qazına olan tələbat sürətlə artır: “Təbii ki, biz bunu nəzərə almalıyıq. Lakin, eyni zamanda, potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır”.Cənub Qaz Dəhlizinin genişləndirilməsinə dair fikirlərini paylaşan dövlətimizin başçısı deyib: “Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarlarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik. Bu məsələləri biz gələn illərdə planlaşdırmırdıq, çünki Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi – Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var”.

Prezident İlham Əliyev bunun vaxt və çoxlu maliyyə vəsaitləri, o cümlədən sıx əlaqələndirmə, əməkdaşlıq və bütün iştirakçı ölkələrlə fəal dialoq tələb etdiyini vurğulayaraq deyib ki, Azərbaycan buna hazırdır.

AZƏRBAYCAN DÜNYADA ÇOX ETİBARLI TƏRƏFDAŞ KİMİ TANINIR

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Xüsusilə də 44 günlük Qələbədən sonra ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir. Ölkəmizin praqmatik enerji siyasəti regional və qlobal işbirliyinə, beynəlxalq təhlükəsizliyə xidmət edən yeni əməkdaşlıq platformalarının yaranmasını şərtləndirir. Bu gün Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan aparıcı dövlətlərdəndir. Təsadüfi deyil ki, Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə milli dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Həmçinin, Azərbaycan öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayır. Bu gün beynəlxalq aləmdə güclü iqtisadiyyata, müstəqil siyasətə malik Azərbaycan dünyaya həm də, neft, qaz, elektirik enerjisi, neft – kimya məhsulları ixrac edir. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır. Avropa İttifaqı, eyni zamanda Litva republikası ilə əməkdaşlıq ölkəmiz üçün mühüm strateji əhəmiyyət kəsb edir. Asia ilə Avropanın qovşağında yerləşən Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin etməklə yanaşı, Avropa İttifaqı ilə qlobal ticarətdə də mühüm rol oynayır. Bu da dünyada sülhsevər, tolerant bir ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günbəgün artmasına, onun qüdrətlənməsinə və tərəfdaşlarının çoxalmasına xidmət edir.

“BU GÜN AZƏRBAYCAN XARİCİ İNVESTİSİYA ÜÇÜN OLDUQCA CƏLBEDİCİ ÖLKƏLƏRDƏNDİR”

“Şaxələndirmə yalnız enerji təchizatına aid deyil. Bu, bizim iqtisadiyyatımızın şaxələndirilməsidir və biz buna nail oluruq. Hesab edirəm ki, bu gün Azərbaycanda biznes mühiti tamamilə lazımi səviyyədir və Azərbaycan xarici investisiya üçün olduqca cəlbedici ölkələrdəndir”.Bu fikirləri Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında söyləyib. “Dediyim kimi, birincisi, bizim neft-qaz sahəsində nəhəng təcrübəmiz var, biz ənənəvi şirkətlərlə tərəfdaşlığımıza böyük dəyər veririk. Biz heç vaxt imza atdığımız müqavilənin bir sözünü belə dəyişməmişik. Biz surətlə inkişaf edirik və əlbəttə ki, Qarabağda və Zəngəzurda aparılan yenidənqurma işləri iqtisadi potensialımızı artıracaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı qeyd edib ki, xarici borcumuzun aşağı səviyyədə olması – ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Azərbaycanın əlavə kreditlər götürməyə ehtiyac duymadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Bununla yanaşı, görsək ki, Azərbaycan üçün vacib olan qlobal əhəmiyyətli layihələr var, əlbəttə, biz ənənəvi tərəfdaşlarımıza, aparıcı maliyyə institutlarına müraciət edəcəyik ki, bizə dəstək olsunlar. Bizim bununla bağlı Cənub Qaz Dəhlizi və digər layihələrdə təcrübəmiz var”.

Dövlət başçısı bu gün hər bir ölkənin şirkətləri ilə əməkdaşlıq etməyə hazır olduqlarını da deyib: «Perspektiv planlarımızın reallaşdırılması ənənəvi enerji tərəfdaşlarımızın iştirakı olmadan mümkün olmazdı. Biz bu mühüm dövrdə, dünyada geosiyasi vəziyyətin bir neçə ay bundan öncə ilə müqayisədə kəskin şəkildə fərqli olduğu bir vaxtda istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırıq".

“Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin” - deyə Azərbaycan Prezidenti qeyd edib.

Bu siyasətin nəticələrindən bəhs edən dövlətimizin başçısı cari ilin bəzi göstəricilərini diqqətə çatdırıb: “Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür”.

“BİRLƏŞMİŞ ŞTATLAR VƏ BİRLƏŞMİŞ KRALLIQ ENERJİ SİYASƏTİMİZİN BÜTÜN MƏRHƏLƏLƏRİNDƏ BİZƏ HƏR ZAMAN BÖYÜK DƏSTƏK VERİBLƏR”

Vurğulamaq lazımdır ki, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq enerji siyasətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər: “Biz Cənub Qaz Dəhlizinin komanda üzvləri, o cümlədən hökumətləri ilə fəal dialoqu davam etdirməliyik. Mən Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin - Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm”. “Hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, biz artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik. Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Birləşmiş Ştatların və Birləşmiş Krallığın hökumətlərinə də təşəkkürünü bildirən Azərbaycan Prezidenti deyib: “Onlar enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik. Mən, həmçinin beynəlxalq maliyyə təsisatlarına – Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına, Avropa İnvestisiya Bankına, Asiyanın İnfrastruktur və İnvestisiya Bankına, yəni Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün banklara təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, onlar, həmçinin bizim yeni planlarımızın həyata keçirilməsi, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də dəstək verəcəklər. Bunun uçun tələb olunan siyasi iradə və potensial var”. Göründüyü kimi, ABŞ-nın hər zaman Azərbaycana və Prezidintinə böyük dəyər verib. Elə bu günlərdə ABŞ Prezidenti C.Baydenin Prezident İlham Əliyev cənablarına ünvanladığı təbrik məktub bir daha ABŞ-nın hər zaman Azərbaycana və Prezedintinə verdiyi dəyərin göstəricisidir. Təbrik məktubunda Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlərə toxunan Bayden “Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə ev sahibliyi etdiyiniz vaxtda Sizi əmin etmək istəyirəm ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir” deyib.Həmçinin, Bayden bundan əlavə bildirib ki, “Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır. Vaşinqton indiki məqamda Bakının enerji siyasətini dəstəkləyir. Bunu Baydenin son 3 təbrik məktubu da təsdiqləyir. Vaşinqton da Azərbaycan Repsublikasının öz xarici siyasət kursunun xarakterini dəyişməyəcəyini bilir, ona görə də Azərbaycanın enerji resurslarının şaxələndirilməsini prioritetləri sırasında saxlayaraq Bakı üçün cəlbedici ideyalarla çıxış edir”.

“BİZ ENERJİ GENERASİYA GÜCLƏRİMİZİ, ÖTÜRÜCÜ XƏTLƏRİMİZİ YENİDƏN QURARAQ QARABAĞI “YAŞIL ENERJİ” ZONASINA ÇEVİRƏCƏYİK”

Bu gün düşməndən təmizlənən Qarabağ və Şərqi Zəngəzurda da yaşayış sahələrinin elektrik təchizatı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir, həm xətlər çəkilir, həm də yeni yarımstansiyalar tikilir. İşğaldan azad edilən ərazilərdə “yaşıl enerji” zonasının yaradılması da diqqət mərkəzində saxlanılır.Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı getdikcə artır. Bu, təsadüfi deyil. Çünki respublikamız bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda da bu məsələ mühüm yer alıb.«İşğaldan azad edilmiş tarixi ərazilərimizin böyük enerji potensialı uğurlu “yaşıl enerji” layihələrinin həyata keçirilməsi və regionda enerji təhlükəsizliyi üçün geniş perspektivlər vəd edir»,- deyən dövlət başçısı “Bakı Enerji Həftəsi”nin iştirakçılarına məktubunda bildirir ki, Qarabağ və Şərqi Zəngəzurda günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər: «Bu məqsədlər üçün aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual layihələr hazırlanıb, müasir bərpa olunan enerji mənbələrindən ibarət unikal “yaşıl enerji zonası” konsepsiyasının yaradılması davam etdirilir. Nəhəng təbii qaz ehtiyatları ilə yanaşı, bərpa olunan enerji potensialımız “yaşıl artım” ölkəsinə çevrilmək üçün mühüm imkanlar vəd edir”, - deyə Prezident məktubunda vurğulayıb. Dövlət başçısı onu da qeyd edib ki, 2030-cu ilədək Azərbaycanı “yaşıl artım” ölkəsinə çevirməyi milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik: «Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə “yaşıl enerji” siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilmişdir. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək bizim daimi prinsiplərimizdir. 2030-cu ilədək olan dövrdə biz “yaşıl artım” ölkəsinə çevrilməyi və təmiz ətraf mühitə nail olmağı sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi müəyyənləşdirmişik. Belə bir siyasət regionda enerji sahəsində uğurlu transformasiya üçün mükəmməl bünövrəni təmin edəcəkdir».

Məktubda həmçinin bildirilir ki, ölkəmizdə mövcud olan sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpa olunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır: “Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpa olunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətə imza atılıb. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir”.İşğaldan azad olunan rayonlarda “yaşıl enerji” zonasının yaradılması üçün çox böyük potensial olduğunu qeyd edən Prezident İlham Əliyev bu bölgədə, məsələn, Laçın–Kəlbəcərdə külək enerjisindən, Zəngilan–Cəbrayıl ərazilərində isə günəş enerjisindən istifadə imkanlarının çox geniş olduğunu diqqətə çatdıraraq deyib: “Artıq ilkin tədqiqatlar aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik. Mən bu proqramı elan edəndə bunu nəzərdə tuturdum və bu gün birinci layihə – bax, orada gördüyünüz Güləbird Su Elektrik Stansiyası artıq istismara verilir”. Göründüyü kimi, “yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağın dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir. Bir sözlə, bu gün dünyada sülhsevər, tolerant bir ölkə kimi tanınan müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günbəgün artmasına, onun qüdrətlənməsinə və tərəfdaşlarının çoxalmasına xidmət edir. Azərbaycan bu gün regionda kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz enerji tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir olan iki ölkədən biri olaraq özünün müstəqil enerji siyasətini həyata keçirir, həm də enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələrdəndir və bundan sonra da uğurları daha çox olacaq.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər