Yaxud Zbiqnev Bjezinskinin “Ukrayna “NATO-ya qarışmamaq” siyasəti yürütməlidir” fikrinin arxasında dayanan sirr
Rusiya-Ukrayna savaşının sonu görünmür. Bu müharibəyə çevrilmiş qarşıdurmanın səbəbləri nədir? Niyə Rusiya Ukraynanı əldən vermək istəmir? Dünya Ukraynanı müstəqil ölkə olaraq dəstəkləyir və BMT sənədlərində bu ölkənin konkret sərhədləri təsbit olunub. Rusiya isə artıq açıq şəkildə, hətta prezident Putinin dili ilə Ukraynanın heç vaxt müstəqil olmadığı bildirilir. Bu barədə tanınmış siyasətçi, “Soyuq Müharibə” ideologiyasının banisi, ABŞ prezidentinin vaxtilə milli məsələlər üzrə müşaviri olmuş, ukrayna-polşa əsilli Zbiqnev Bjezinskinin 2000-ci ildən 2017-ci ilə qədər maraqlı fikirləri mətbuatda dərc edilib. Həmin məqalələrin analizini apararaq, xüsusən də Ukrayna ətrafında baş verən hadisələrə o dövrün pəncərəsindən baxaraq şərhini vermək istədik.
Qeyd edək ki, prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski karyerası boyunca qəti şəkildə anti-sovet mövqeyində olub. Bununla belə, Bjezinskinin tez-tez birtərəfli və radikal kimi qəbul edilən güclü fikirlərinə baxmayaraq, onun düşüncəsi Vaşinqtonda və digər paytaxtlarda siyasətçilər nəslinə təsir etdi, çünki onun bir sıra qlobal çağırışlara necə yanaşmağa dair baxışı özünü doğruldurdu. Onun Andjey Lubovski tərəfindən yazılmış son tərcümeyi-halı Bzezinskinin ideyalarının maraqlı sintezidir və onların əksəriyyəti, xüsusən də Rusiya ilə bağlı dedikləri peyğəmbərlik səviyyəsindədir. Bjezinskinin yazdığı məqalələrdən Ukrayna və Rusiyaya birbaşa əlaqəsi olan bəzi fikirləri təqdim edirik:
Həqiqət budur ki, Ukrayna və Qərb Ukraynanı NATO-da görmək istəmədiklərini yazılı şəkildə təsdiq etsələr, bütün Rusiya-Ukrayna-Qərb qarşıdurması kökündən həll edilə bilər. Bu, Rusiya üçün əsas məsələdir. Razılıq yalnız yazılı şəkildə keçərlidir. Yaxın tarixdə də demək olar ki, oxşar hadisə baş vermişdi. Belə ki, Reyqan və Buş (ata) administrasiyası SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova ABŞ-ın “Soyuq Müharibə” başa çatdıqdan sonra Sovet İttifaqından istifadə etməyəcəyi barədə quru söz verib sonradan siyasətini davam etdirməsi Moskva üçün bir dərs olub. Rusiya Artıq kağız üzərində pozula bilən, yaxud şifahi anlaşmalara etibar etmir.
Prezident Bill Klintonun üzdə özünü mələk kimi göstərib min bir təxribata əl atması, NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsinə başlaması da Qərbin etibarını bir az da düşürüb. Qorbaçov çox məsum bir şəkildə soyuq müharibənin tamamilə bitdiyinə inanırdı və ABŞ-ın neqativ, yəni Rusiyanın maraqlarına zidd addım atmayacaq. Krım məsələsinə gəlincə Rusiya BMT-nin nəzarəti altında yeni referenduma razı olmalıdır. Amma deyə bildiyim qədəri ilə Rusiya ilə birlik krımlılar arasında çox müsbət qarşılanır. Ona görə də Qərbin bir qədər real siyasət yürütməsi lazımdır və Krımın Ukraynaya qaytarılması prosesini bir az ertələmək də pis olmaz.
Donbasa gəlincə, bu bölgədə əsasən rus kökənli Ukrayna vətəndaşları yaşayıb. Ukrayna müstəqillik əldə edəndən bəri anti-islahat, anti-Qərb, rusiyayönlü olub. Donbas Ukraynadan uzaqlaşmaq səyinin ağır bədəlini ödəyir – sənaye istehsalının 80%-i azalıb, kömür mədənləri, fabriklər, hava limanı və digər infrastrukturlara ciddi ziyan dəyib. İqtisadi cəhətdən sıxılmış Rusiya bunun yükünü necə daşısın, üstəlik, təqaüdləri, sosial təminatları, Ukraynadan gətirilməli olan su və elektrik enerjisini necə ödəsin?
ABŞ-ın mühüm strateji siyasi mütəfəkkirləri Qərbin Rusiyaya qarşı indiki siyasətinin qüsurlu olduğunu açıq şəkildə bəyan ediblər. "Soyuq Müharibə"nin qarşısının alınmasının memarı, mərhum Corc Kennan xəbərdarlıq edirdi ki, NATO-nun genişləndirilməsi “yeni bir soyuq müharibə ilə nəticələnəcək və yəqin ki, isti müharibə ilə bitəcək”.
"Moskvada aşkar etdiyim kimi, mənim son səfərlərim zamanı nüvə müharibəsi doktrinaları nüvə silahı ilə necə məşğul olmaq təcrübəsi olmayan bir rejim tərəfindən yozulur. Putin son çıxışında dünyanı nüvə silahından istifadə etməklə hədələyib". ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Zbiqnev Bjezinski ölümündən bir müddət əvvəl demişdi ki, Finlandiyanın bütün soyuq müharibə illərində tətbiq etdiyi kimi, Ukrayna da “NATO-ya qarışmamaq” siyasətinə malik olmalıdır. Finlandiya özünü Qərbdən geosiyasi cəhətdən uzaq məsafədə saxladı, eyni zamanda ölkədə güclü demokratiya mühiti yaratdı və Qərblə yaxın iqtisadi əlaqələri yaratdı. Çünki, Rusiya SSRİ-nin dağılmasından sonra öz milli qürurunu bərpa etməyə çalışır. Bjezinski Ukraynanın yaratdığı çətin problemlərə baxmayaraq, gələcəyə nikbin baxırdı.
ABŞ-la SSRİ arasında uzun müddət davam edən “Soyuq Müharibə”nin ideoloqlarından biri, Amerikanın dövlət xadimi Henri Kissincer isə yazırdı ki, “Qərb başa düşməlidir ki, Rusiya üçün Ukrayna heç vaxt sadəcə yad ölkə ola bilməz. Rusiya tarixi Kiyev-Rus ilə dünyada tanınmağa başlayıb. Rus dini oradan yayılıb. Ukrayna əsrlər boyu Rusiyanın tərkibində olub. Rusiyanın Aralıq dənizindəki güc proyeksiyası - Qara dəniz donanması Ukraynanın uzunmüddətli razılaşması ilə Krımın Sevastopol şəhərində yerləşir.
Kissincer də birmənalı olaraq “Ukrayna NATO-ya üzv olmamalıdır” deyib. Hətta Aleksandr Soljenitsın və İosif Brodski kimi məşhur dissidentlər də Ukraynanın Rusiyanın ayrılmaz hissəsi olduğunu təkid edirdilər. Həqiqətən, Ukrayna 500 il idi Rusiyanın tərkibində idi. Müasir müstəqil dövlət kimi Ukraynanın ömrü cəmi 30 ildir.
ABŞ özü İraqa səbəbsiz hərbi təcavüz və oranı işğal etdiyi, iyirmi il Əfqanıstanda döyüşdüyü, İslam dünyasında yüzlərlə insansız hava aparatları vasitəsilə hücumu etdiyini, Serbiyanı qeyri-qanuni bombardman etdiyi halda beynəlxalq təcrübəni təbliğ etməyə necə cəsarət edə bilər? Üçüncü Dünya ölkələrində, məsələn Nikaraquada diktatorların dəstəkləməsi nə deməkdir? Məgər belə yanaşma ilə ədalətli olmaq imici yaratmaq mümkündürmü? Yəqin ki əksəriyyət buna yox cavabı verər. Böyük Britaniya digər dövlətdən daha çox xarici müharibələr aparıb. BMT Nizamnaməsinin standartlarına görə, bu müharibələrin əksəriyyəti qeyri-qanuni idi.
Gəlin Ukrayna haqqında düz danışaq ki, hərə öz yerində otursun, kimin haqlı, kimin haqsız olduğu ortaya çıxsın. Rusiyanın işğalı qanunsuz və qəddardır. Ancaq bir ümid işığı var. Ukrayna prezidenti Zelenski fevralın 24-də Putinlə Ukraynanın neytrallığı barədə danışmaq istədiyini düşünürmüş. Əslində, bu, çox düzgün addım ola bilərdi. Amma nədənsə iki ölkə rəhbəri danışıq masası əvəzinə müharibə meydanını çeçdilər.
Bir sözlə, Bjezinski hesab edirdi ki, Soyuq Müharibədə SSRİ-nin dağılması Rusiyanın avtomatik olaraq demokratik ölkəyə çevrilməsi demək deyil. Bu keçid avtomatik ola bilməzdi. Sovet İttifaqı ərazisində yaşayan bir çox xalq müstəqillik istəyirdi. Bunu təkcə Moskvada deyil, Vaşinqtonda da həzm etmək, bununla razılaşmaq çətin idi. Beləliklə, Rusiyada SSRİ-nin “şöhrətini” bərpa etmək məqsədi daşıyan revizionist millətçiliyin ilkin şərtləri var idi. Bundan əlavə, 1990-cı illərin əvvəllərində Bjezinski “Rusiyanı Avropa ilə möhkəm bağlayacaq siyasi və sosial-iqtisadi transformasiya üçün hər hansı hərtərəfli proqram” görmürdü. Hələ 1999-cu il oktyabrın 6-da Bjezinski Konqres qarşısında çıxış edərkən o, indiki Rusiyanın etibarlı, etibarlı tərəfdaş olmadığını əsaslandırırdı. Onun gəldiyi qənaət Rusiyanın Kosovo müharibəsindəki davranışına əsaslanırdı. O zaman Rusiyanın fikri belə idi ki, Serbiya və Kosovoda baş verənlər ABŞ-ın qlobal imperiyasının dağılmasıdır. Moskva NATO-nun səlahiyyətlərini parçalamağa, iyrənc Slobodan Miloseviçə (sonradan Haaqada məhkəməni gözləyərkən vəfat edib) dəstək verməyə, Priştinada rus bölməsi yaratmaq üçün 2500 paraşütçü uçurmağa və s. – bütün bu elementlər qlobal güc statusu üçün nostaljidən xəbər verirdi.
Maraqlıdır ki, Bjezinski 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən sonra Putini Hitler və Stalinə bənzədən ilk şəxslərdən biri idi. Onun fikrincə, bu aqressiya “Hitlerin Çexoslovakiyaya qarşı “SudetenDeutsch”u “azad etmək” taktikası” və “Stalinin nə olduğunu” xatırladır. Finlandiyaya qarşı atılan addımlar da bu qəbildəndir: qonşuluqda olan kiçik bir demokratik ölkənin suverenliyini güc tətbiq etməklə alt-üst etmək. Bjezinski iddia edirdi ki, Gürcüstana qarşı müharibə tək bir hadisə deyil. Tam əksinə, Putin imperiyanı bərpa etmək üçün millətçi mövqeyini sınaqdan çıxarırdı. 2008-ci ilin avqustunda Bjezinski “iqtisadi və maliyyə sanksiyalarına səbəb ola biləcək Rusiyanın işğalına qarşı çıxmaq və onu qınamaq üçün birgə, qlobal səylərə” çağırırdı. Təəssüf ki, bu cəhd “Ağ Evdə Putin və onun rejimi ilə bağlı özünü aldatma” səbəbindən baş tutmadı. O, bu aldanışın iki yaddaqalan təzahürünü qeyd edir: Birincisi, Buş Putinlə görüşəndə və ona güvənə biləcəyini söylədikdə, ikincisi, Kondaliza Rays Amerikanın Rusiya ilə münasibətləri tarixdə heç vaxt yaxşı olmadığını iddia etdikdə!
Və Bjezinskinin proqnozlarına uyğun olaraq, tendensiya davam etdi. 2009-cu ildə Rusiya Ukrayna ilə qaz qiymətləri ilə bağlı mübahisə etdi və hamını Ukraynanın etibarlı olmadığına inandırmaq üçün Qərbə qaz tədarükünü kəsdi. Putin NATO-dakı bədnam çıxışında Ukraynanın süni dövlət olduğunu iddia edərək, Ukraynanın NATO-nun bir hissəsi olacağı təqdirdə Rusiyanın Ukraynanı işğal edəcəyinə eyham vurdu. NATO Ukraynanı qəbul etməsə də fərqi yoxdur. Nəhayət, Rusiya Ukraynanı işğal etdi, Krımı ilhaq etdi və Ukraynanın şərqində separatçılığı dəstəkləməkdən də uzağa gedib hər iki vilayəti dövlət olaraq tanıdı. Bununla da sonu görünməyən müharibəni alovlandırdı.
V.VƏLİYEV