PDF Oxu

Siyasət

  • 2 401

“Azərbaycan diplomatiyası da bununla bağlı fəaliyyət göstərməlidir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan diplomatiyası da bununla bağlı fəaliyyət göstərməlidir“ - POLİTOLOQ ŞƏRH ETDİ

“Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatında işğal dövründə erməni vandallığı istiqamətində bir sıra faktlar yer almalı idi. Amma təəssüf olsun ki, burada istənilən faktlara rast gəlinməyib”. Bu fikirləri SİA-ya açıqlamadında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, buna BMT-nin mədəniyyət, elm və təhsil üzrə ixtisaslaşmış qurumu olan UNESCO da öz susqunluğunu davam etdirir: “İşğal dövründə Azərbaycan dəfələrlə UNESCO-ya müraciət etmişdi ki, Azərbaycan ərazisində dini-mədəni abidələrin dağıdılması, qəbirsanlıqların talan olunması ilə bağlı faktlar var. Bunların monitorinqini həyata keçirmək lazımdı. Lakin UNESCO susqunluq nümayiş etdirmişdi. Siyasi məsələlərə qarışmadığını bilirmişdi. Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etdikdən sonra UNESCO nədənsə siyasiləşmə xəttini tutdu və Azərbaycan ərazisində baş verən hadisələrlə bağlı çağırışlar etdi. Eyni zamanda YUNESKO-nun funksionerlərinin erməni lobbist ailələrin təsiri altında fikirləri daha sonra siyasi hesabatlara daxil olmağa başladı. Bu tamamilə yolverilməz bir haldır. Heç bir vəclə qəbul edilən bir yanaşma deyil. Ona görə də hesabatda həm də qeyd etməliyik ki, Ermənistanda dağıdılan Azərbaycan xalqının milli-mədəni irsi ilə bağlı faktlar da yer almır. Bu məsələlər ətrafında da səy göstərilməlidir. Çünki UNESCO kimi beynəlxalq bir təşkilat bu məsələlərə qarışmırsa insan haqlarının tapdalanması, dini-mədəni abidələrin viran qoyulması, onların qaçaqmalçılıq yolarla ölkə ərazisindən çıxarılması tamamilə yolverilməzdir. Bununla bağlı artıq bir fikir ortaya qoyulmalıdır. Bu fikir kifayət qədər qəti olmalıdır. Çünki Azərbaycan xalqının milli mədəni irsinin dağıdılmasında erməni vandallığının nümunələri vardır. Bu məsələlər faktlarla öz təsdiqini tapmışdır. Ona görə də UNESCO kimi bir təşkilat bunlara reaksiya göstərməlidir. ABŞ Dövlət Depattamentinin hesabatlarında bu faktlar yer alsın. Azərbaycan diplomatiyası da bununla bağlı fəaliyyət göstərməlidir. Təəssüflər olsun ki, erməni lobbist dairələti bu məsələləri yanlış yönləndirirlər. Doğru olmayan faktlar irəli sürürlər. Bunun mütləq şəkildə qarşısını almaq lazımdır”.

Digər xəbərlər