"Ermənistanda keçirilən aksiyalar xarici gələn sifarişlər hesabına təşkil olunur. Ümumilikdə Azərbaycanla Ermənistan arasında sülhə doğru hər dəfə addım atılanda bu tip provakasiyaları müşahidə edirik". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, çox maraqlıdır ki, üçüncü Brüssel görüşündə bəyanat imzalandıqdan sonra Ermənistanda aksiyalar başladı və bu aksiyalar bugünədək davamlı xarakter alıb: "Əsas məsələ Nikol Paşinyan hakimiyyətinə təzyiq etməkdir. Həmçinin göstərilməyə çalışılır ki, Ermənistan daxilindəki siyasi proseslərə Azərbaycan ilə münasibətlərin gələcəyinə Ermənistan müstəqil şəkildə qərar verə bilməz. Hesab edirəm k, Ermənistanın daxilində bu tip təxribat və provakasiyalar davam etdikcə Azərbaycan ilə sülh sazişinin imzalanması prosesində elə də ciddi irəliləyiş baş verməyəcək. Ümumiyyətlə, Azərbaycan ilə Ermənistan arasında sülhün baş verməsi üçün Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, sərhədlərin delimitasiya və demarkasiyası başlanılmalıdır. Ümumilikdə sülh sazişindən danışmaq hələ tezdir".
Arzu Qurbanlı