PDF Oxu

Siyasət

  • 3 626

Malik Həsənov: Azərbaycan irəli sürdüyü təklifləri ilə Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyini təsdiqləyir

Malik Həsənov: Azərbaycan irəli sürdüyü təklifləri ilə Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyini təsdiqləyir

“Öz işini uğurla başa çatdıran, “Qlobal dünya nizamına təhdidlər”i 50 ölkədən və beynəlxalq nüzuzlu təşkilatlardan olan nümayəndələrin iştirakı ilə müzakirə edib yeni yanaşmalara yol açan IX Qlobal Bakı Forumu bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Forumun siyasi aktuallığı iştirakçı dövlətlərin say tərkibində özünün aydın ifadəsini tapdı. 50 ölkənin təmçilçisini bir araya gətirməklə həm də Azərbaycanın beynəlxalq imicinə işıq salan bu Forumda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyinə əminlik ifadə edildi. Forum çərçvəsində Bakıda və Şuşada müzakirə olunan məsələlər bir daha bu reallığı təsdqlədi ki, bu gün yeni yanaşmaların işlənib hazırlanmasına ehtiyac var. Yeni yanaşmalar haqqında bəhs edərkən ötən il keçirilən VIII Qlobal Bakı Forumundan builki Foruma qədər dünyanın dəyişdiyini görürük. Hər bir ölkə təhlükəsizlik tədbirlərinə öz töhfələrini verməlidir. Çünki təhlükəsizlik məsələləri beynəlxalq gündəlikdə dayanan əsas məsələlərdən birinə çevrilib” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

yap.org.az

Digər xəbərlər