PDF Oxu

Siyasət

  • 2 229

IX Qlobal Bakı Forumu bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək ŞƏRH

IX Qlobal Bakı Forumu bir sıra problemlərin həllinə mühüm töhfələr verəcək ŞƏRH

9-cu dəfədir ki, baş tutan Qlobal Bakı Forumu artıq dünyada nüfuzlu bir platformaya çevrilib. Hər dəfə müzakirəyə çıxarılan mövzular aktuallığı və əhəmiyyəti ilə seçilir. Foruma ildən-ilə göstərilən maraq da artmaqdadır, dünyanın 53 ölkəsindən 400-ə qədər ali və yüksək səviyyəli nümayəndə, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri bu tədbirdə iştirak edir. Bu, ötən illə müqayisədə kifayət qədər yüksək göstəricidir. Hazırda dünyada bir sıra məlum ziddiyyətli proseslər gedir ki, fəsadları getdikcə artmaqdadır. Təhlükəsizlik məsələləri, ərzaq böhranı, enerji problemi dünya gündəmini bu gün zəbt edib. Belə bir məqamda bu istiqamətdə Forumda aparılacaq müzakirələrin, fikir mübadilələrinin, qəbul olunacaq qərarların faydalı olacağına şübhə yoxdur.IX Qlobal Bakı Forumunun açılış mərasimində etdiyi çıxışında Prezident İlham Əliyev bir daha bəyan etdi ki, sülh müqaviləsini şərtləndirən əsas müddəalardan biri də ölkələrin bir-birinin sərhədlərinə qarşılıqlı hörmət sərgiləməkdir. Azərbaycan hər bir işdə olduğu kimi, bu məsələdə də xoş məramını nümayiş etdirərək, sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiya yaradıb. Lakin nəyi gözlədiyi məlum olmayan Ermənistan hələ ki, bu istiqamətdə də müvafiq addım atmayıb. Halbuki Azərbaycanın irəli sürdüyü təkliflər Ermənistanın da maraqlarına tam cavab verir. Azərbaycanla münasibətləri normallaşdırmaq bu ölkəyə iqtisadiyyatını dirçəltmək üçün indiyədək heç zaman malik olmadığı fürsətə sahib olmaq şansı verə bilər. Ermənistanın işğal siyasətinə son qoyan Vətən müharibəsinin nəticələri onun region dövlətləri üçün də önəmini bir daha ortaya qoyur. Bu gün Azərbaycanın müəllifi olduğu reallıqlar bölgə dövlətləri arasında əməkdaşlığın dərinləşməsinə, iqtisadi əlaqələrin inkişafına zəmin yaradır.Yaxşı olardı ki, Ermənistan hələ ki, ona verilən imkanları düzgün qiymətləndirərək Azərbaycanla münasibətlərini normallaşdırmaq üçün lazımi addımları atsın. Bu, həm regional sülhün və təhlükəsizliyin təminatı, həm də Ermənistanın öz maraqları baxımından yeganə düzgün seçim ola bilər.

Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının əməkdaşı

Digər xəbərlər