PDF Oxu

Siyasət

  • 2 303

IX Qlobal Bakı Forumu Azərbaycan Respublikasının xarici siyasət strategiyasının tərkib hissəsidir ŞƏRH

IX Qlobal Bakı Forumu Azərbaycan Respublikasının xarici siyasət strategiyasının tərkib hissəsidir ŞƏRH

Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırki reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün strateji kursun həyata keçirilməsidir.Memarı ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycan Respublikasında həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Bu inkişaf dinamikası ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin yorulmaz və qətiyyətli xarici siyasəti ilə daha da artan xətlə inkişaf etməkdədir.Xalqımızın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Dövlət başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, ulu öndər Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır. Cənab Prezident İlham Əliyevin xarici siyasət strategiyasının şah əsəri isə təbii ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər və regionda yaranmış reallıqlardır.Xarici siyasətdə əldə olunan bu kimi nailiyyətlər əlbəttə ki, Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə təşkil olunmuş layihə və tədbirlərdə əsas söz sahibi kimi mövqedə durmasına şərait yaratmaqdadır. Bu formada təşkil olunan tədbirlərin, orda günəliyə qoyulmuş qlobal problemlər və onların həlli istiqamətindəki irəli sürülən fikirlərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının aparıcı mövqeyə sahib olması dünya ölkələri tərəfindən artıq qəbul edilərək təqdir edilmişdir. Ən önəmli məsələ isə dünya birliyi artıq başa düşür ki, Azərbaycan olmadan hər hansı regional və beynəlxalq layihə və tədbirlər həyata keçirmək mümkün deyil.Məsələyə bu aspektdən yanaşıldıqda cari ilin 16-18 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumunun keçirilməsi və forumun Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada davam etdirilməsi dünya üçün çox mühüm mesajlar verir. Bu mesajlar ilk öncə Azərbaycanın və xalqının qalib olmasını, onun milli maraqları əsasında xarici siyasət strategiyasının müəyyən olunmasını və dünya birliyinin də bunu qəbul etməsinin təcəssümüdür. Dünyada öz nüfuzuna görə ən ön sırada duran Qlobal Bakı Formu kimi beynəlxalq platformaya Azərbaycan Respublikasının artıq doqquzuncu dəfə ev sahibliyi etməsi də vacib məqamlardan biridir.Məlum olduğu kimi, forumun dünyada və regionda siyasi, qlobal və universal xarakter daşıması beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Görünən budur ki, Azərbaycan yalnız ölkədaxili proseslərə deyil, eyni zamanda dünyada gedən proseslərə öz töhfəsini verməyə çalışır, qlobal təşəbbüslərlə çıxış edir. Bu da onu göstərir ki, ölkəmiz bu gün dünyanın müxtəlif forumlarının, konfranslarının, mühüm tədbirlərinin keçirildiyi məkana və mərkəzə çevrilib. Bu baxımdan 9-cu Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun genişliyinə görə ciddi şəkildə fərqlənir. Bu platforma həm də siyasi cəhətdən aktual olan məsələləri, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması nöqteyi-nəzərindən də çox effektiv mövqeyə malikdir.Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, hər zaman olduğu kimi, yenə də qlobal xarakterli mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı, təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti töhfələr verir.

Aytəkin Əhmədova
YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər