PDF Oxu

Siyasət

  • 2 718

"Ordunun inkişafı ilə bağlı ciddi addımlar atılır" - HƏRBİ EKSPERT AÇIQLADI

"Ordunun inkişafı ilə bağlı ciddi addımlar atılır" - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycan Silahlı Qüvvələrinin inkişaf etdirilməsi, daha müasir və modern tələblərə cavab verməsi üçün atılan addımlarda qarşıda duran əsas məsələ 44 günlük Vətən müharibəsindən sonra kadr islahatlarının həyata keçirilməsidir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, bu islahatlardan sonra Azərbaycanın Silahlı Qüvvələrində, Azərbaycan Ordusunda bir çox layihələr icra olunmağa başladı: "Biz Baş Qərargah rəisinin və Baş Qərargah rəisinin aparatının dəyişikliyinin şahidi olduq. Bundan başqa hərbi korpuslar yeniləndi, komando hərbi birləşmənin yaradılması istiqamətində işlərə başlanıldı. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı. Azərbaycan Ordusunun müharibədə əldə etdiyi təcrübənin daha da təkmilləşdirilməsi, mükəmməlləşdirilməsi, şəxsi heyətin daha da peşəkarlaşdırılması üçün addımlar atılır. Bu gün Azərbaycan Ordusu bölgənin güclü birləşmələrindən biridir. Təbii ki, ümumilikdə ordunun inkişafı ilə bağlı ciddi addımlar atılır”.

Arzu Qurbanlı

Digər xəbərlər