Siyasət

  • 2 702

Partiya sıralarına yeni qoşulan əməkdaşlarla görüş keçirilib

image

Yeni Azərbaycan Partiyası “Zahid Xəlilov küç. 35” ünvanı üzrə ərazi partiya təşkilatında partiya sıralarına yeni qoşulan əməkdaşlarla görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova, sədr müavini Şair Quliyev və partiya üzvləri iştirak ediblər.
Əvvəlcə partiyanın yaradıcısı, müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən “Zahid Xəlilov küç. 35” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Tünzalə Zeynalova və sədr müavini Şair Quliyev Yeni Azərbaycan Partiyasının Azərbaycanın xoşbəxt gələcəyi naminə fədakar fəaliyyətindən, seçkilərdəki qələbələrindən danışıblar. Qeyd olunub ki, Partiya bu gün təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda qəbul olunan nüfuzlu güc mərkəzidir
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının yarandığı vaxtan bu günədək ölkəmizin əldə etdiyi misilsiz nailiyyətlərindən söz açıb. Onun sözlərinə görə, 30 il bundan əvvəl YAP-ın təsis olunmasını Azərbaycan cəmiyyəti, əslində, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının başlanğıcı, bununla əlaqədar yaranmış böyük xalq hərəkatı kimi dərk edir. Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra partiyanın yaradıcısı və sədri Heydər Əliyev xalqın istəyi, təkidli tələbi ilə hakimiyyətə qayıtdı, bununla da Azərbaycan böhrandan xilas olmaq imkanı qazandı. Azərbaycan tarixinin yeni mərhələsi başlandı. Böhran, qeyri-sabitlik cilovlandı, geniş və hərtərəfli islahatlar nəticəsində böyük bir inkişaf strategiyasına start verildi. Bu inkişaf strategiyası nəticəsində mühüm nəticələr əldə olundu. Bildirilib ki, bu strategiya Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi.
Sonra Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında rolundan bəhs olunan videoçarx nümayiş etdirilib.
Görüşün sonunda partiya sıralarına yeni qoşulan əməkdaşlara üzvlük vəsiqələri təqdim olunub, onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.

yap.org.az

Digər xəbərlər