Siyasət

  • 1 803

Ulu öndər Heydər Əliyev gələcəyi görmə zəkasına malik dahi şəxsiyyət idi

image

Dünyada o insanlara tarixi şəxsiyyətlər deyirlər ki, onların elinə, obalarına, vətəninə sevgisi sonsuz olur, iradəcə çox möhkəm olur. Məhz Tanrının Azərbaycan xalqına bəxş etdiyi ulu öndər Heydər Əliyev də vətəninə, xalqına sevgisi sonsuz, iradəcə olduqca möhkəm bir şəxsiyyət idi. Vətəninə olan sevgi polad iradəli Heydər Əliyevlə Müstəqil Azərbaycan dövləti əslində bir birinə sinonim olan fikirlərdir.

Azərbaycanı Heydər Əliyev ideyalarsız təsəvvür etmək çətindir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanın var olması, müstəqilliyinin möhkəmlənməsi, əbədi, daimi , sarsılmaz olması, xalqının daha da yaxşı, təhlükəsiz, sabitlik şəraitində yaşaması, ölkəsinin parlaq, xoşbəxt gələcəyinin təmin olunması üçün yorulmadan çalışmış, bu yolda həyatını da təhlükəyə atmaqdan çəkinməmişdir. Azərbaycan xalqı Ümummilli liderimizin istər birinci dəfə Azərbaycanda hakimiyyətdə olduğu dövrdə, istərsə də xalqın istəyi ilə ikinci dəfə hakimiyyətə gətirilməsi zamanı bunun şahidi olmuşdur.
Azərbaycan öz müstəqilliyini əldə etdiyi bir zamanda o dövrkü hakimiyyətin səriştəsizliyindən zorla düçar olduğumuz müharibədəki uğursuzluqlarımız, torpaqlarımızın işğalı, daxildə kürsü davası, vətəndaş müharibəsi təhlükəsi, bəzi xarici qüvvələrin havadarlığı ilə daxildə parçalanma təhlükəsi Azərbaycanı sanki siyasi xəritədən silinmək təhlükəsi ilə üz – üzə qoymuşdur. Belə çətin anlarda xalqımızın bir yolu vardı. Ulu öndərimiz Heydər Əliyevi Bakıya dəvət etmək və xalqı bu bəladan qurtarmaq. Məhz Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verǝrǝk Bakıya gəlməsi, iyunun 15- də Ali Sovetin sədri seçilməsi və iyun ayının 24- də Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra etməyə başlaması ilə Azərbaycanın xoşbəxt gələcəyinin təməli qoyuldu. İlk öncə ölkədə qardaş qırğını təhlükəsinin qarşısı alındı, atəşkəs elan olundu, problemlər aradan qalxmağa başlandı, bir sözlə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas oldu.
Ulu öndər Heydər Əliyev gələcəyi görmə zəkasına malik dahi şəxsiyyət idi. Hələ sağlığında bu günkü müasir müstəqil, güclü, qüdrətli Azərbaycan üçün fikirlər irəli sürmüş, bu fikirlərin davam etdirməsi, həyata keçirməsi üçün özü qədər inandığı, cənab İlham Əliyev kimi qətiyyətli, qüdrətli Lider yetişdirmişdir. O lider ki, Azərbaycan tarixində heç bir sərkərdənin edə bilmədiyi etdi. Məhz onun rəhbərliyi ilə Azərbaycan ordusu 30 ilə yaxın bir müddətdə işgal altında olan torpaqlarımızı cəmi 44 gün ərazində düşməni darmadağın edərək, işğaldan azad etdi və Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev ulu öndərin siyasi xəttini dövrün tələblərinə uyğun uğurla davam etdirir. Məhz bunun nəticəsidir ki, Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib. Artıq ölkəmiz dünyada yaranmış problemlərin həlli yollarını araşdıran bir məkana çevrilib. Bütün bunları vaxtaşırı Şuşaya, Zəngilana, Kəlbəcərə səfər edən xarici ölkələrin hökümət nümayəndələri, diplomatik korpusun əməkdaşları söyləyir.
Reallıq odur ki, bu gün Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan heç zaman olmadığı qədər güclü, qüdrətlidir və bu günkü müasir müstəqil, qalib Azərbaycan ümummilli lider Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər