Siyasət

  • 2 657

Qafqazın ən müasir və ən güclü ordusu

image

Bu gün Azərbaycan Silahlı Qüvvələrindən söz açdıqca ulu öndərin ordu quruculuğu ilə bağlı ideyalarının, arzularının gerçəkləşdiyini qətiyyətlə söyləyə bilərik. Ümummilli lider Heydər Əliyevin öyüd-nəsihətlə dediyi "Artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir. Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir" kəlamının ordu quruculuğu prosesində müdrik tövsiyə kimi əsas götürülməsi reallıqda aydın hiss olunur.

Qarşıda dayanan əsas vəzifələrdən biri Silahlı Qüvvələrin daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. İndi Azərbaycanda ordu quruculuğu özündə Silahlı Qüvvələrin daha da modernləşdirilməsi istiqamətində həyata keçirilir.
Bu gün Azərbaycan Cənubi Qafqazda ən müasir və ən güclü orduya malik ölkə statusunu daşıyır. Cənubi Qafqazda ən güclü ordunun Azərbaycana məxsus olması həm region, həm də dünya dövlətləri tərəfindən etiraf olunur. Respublikamız Silahlı Qüvvələrin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. İşğal edilmiş ərazilərimizi 44 gün ərzində azad etmək gücündə olan ordumuzun qüdrəti təcavüzkar Ermənistanın özündə də açıq etiraf olunmaqdadır.
Ordumuzun döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amil Azərbaycan Ordusunun yeni müasir texnika və silahlarla təchiz edilməsi, hərbi qulluqçuların həyat və şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mübariz əzmi ilə dövlətimizin müdafiə potensialının artırılması və ordumuzun daha da güclənməsi naminə işlər görərək, öz qayğısını bu gün də əyani şəkildə nümayiş etdirir.

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri

Digər xəbərlər