“Bildiyimiz kimi bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qardaş ölkə olan Özbəkistana rəsmi səfər edib. Sözsüz ki, bu səfər ənənəvi bir səfər deyil. Möhtərəm Prezidentin bu səfərini sadəcə dost və qardaş ölkəyə səfər kimi deyil, eyni zamanda bir Özbəkistanın Türk Dövlətləri Təşkilatının, Qoşulmama Hərəkatının, MDB və İslam Konfransının üzvü olan ölkə kimi yanaşmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.Onun sözlərinə görə, bununla bərabər bu səfər son illərdə dünyada və regionda, eləcə də Qafqazda və Orta Asiyada baş verən geosiyasi proseslər fonunda baş verirdi: “Bu səfəri siyasi, iqtisadi, humanitar, hərbi-təhlükəsizlik nöqteyi nəzərdən böyük əhəmiyyəti haqqında kifayət qədər danışmaq olar. Bu həm də möhtərəm Prezidentimizin 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra ilk dəfə idi ki, baş verirdi”.Deputat sözlərinə belə davam edib: “Yeri gəlmişkən onu da qeyd edim ki, Özbəkistan bu Zəfər münasibətilə xalqımızı və Müzəffər Ali Baş Komandanı təbrik edən ilk ölkələrdən biridir və bu münasibətlə özbək xalqı adından bu dost və qardaş ölkənin hökuməti qarşıdakı təhsil ilində istifadəyə veriləcək məktəb də inşa edir.Məhz buna görə də bu səfər həm tarixi bir səfər kimi tariximizə yazılacaq, həm də əlaqələrimizin və münasibətlərin yeni mərhələsi olacaqdır. Belə ki, səfər proqramında müzakirə edilən hər bir məsələ dünyada yeni yaranmış geosiyasi hadisələr fonunda xüsusi hədəflərə hesablanmış tarixi bir hadisədir.Bu səfərlə Azərbaycan-Özbəkistan mövcud strateji tərəfəfdaşlıq əlaqələri daha da inkişaf etməyə imkan yaratmaqla bərabər həm də, könül coğrafiyamız olan türk dünyasının inteqrasiyası və güclənməsi üçün də yeni perspektivlər və üfüqlər yaradır.Bütün bu məsələlər hər iki dövlət başçıları səfər proqramı çərçivəsində keçirilən görüşlərdə, eləcə də mətbuat konfrsnsında xüsusi bildirildi. Möhtərəm cənab Prezident hətta Özbəkistanın Füzulidə inşa etdiyi məktəblə bağlı öz fikirlərini “…bu bizə verilmiş ilk belə böyük hədiyyədir, bu, hədiyyə bizim qardaşlığımızın rəmzi olacaq, yüzilliklər boyu Azərbaycan xalqının qəlbində yaşayacaq….” kimi qiymətləndirdi.Cənab İlham Əliyev çıxışında Özbəkistan və onun Prezidentinin torpaqlarıımızın işğaldan azad edilməsi ilə Azərbaycanı ilk olaraq təbrik edən ölkələrdəndir.Daşkənddə Heydər Əliyev Meydanının yaradılması və Meydanın mərkəzində Ulu Öndərin böyük memorial kompleksinin ucaldılması bizim dostluq və qardaşlığımızın növbəti simvollarından biri kimi dəyərləndirir.Bildiyimiz kimi bu səfər zamanı çox mühüm razılaşmalar imzalandı. Bunlardan Hərbi sahədə əməkdaşlıq haqqında sazişi, Xarici İşlər nazirlikləri arasında 2022-2024-ci illər üzrə əməkdaşlıq proqramını, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının artırılması, iqtisadi əməkdaşlığın və qarşılıqlı investisiyaların genişləndirilməsi haqqında razılaşmaları xüsusi qeyd etmək lazımdır. Sözsüz ki bu səfər və onun əhəmiyyəti haqqında çox danışmaq olar. Amma bu səfər çərçivəsində imzalanmış Bəyannamə bu səfərin əhəmiyyətini bir daha sübut edir.Əlbəttə strateji əhəmiyyəti ilə xüsusi fərqlənən belə səfərlər ümidvarıq ki, Mərkəzi Asiyanın digər qardaş Türk dövlətləri arasında da imzalanacaq.Son olaraq qeyd etmək istərdim ki, bu səfər XXI əsrdə türk dünyasının qələbə, qardaşlıq və birlik rəmzi kimi qəbul edilən Qarabağ və Şərqi Zəngəz yolunun yenidən qurulması və dirçəldilməsi işində tezliklə Asiyanın Türk Dövlətlərinin qoşulacağına öz müsbət təsirini göstərəcək”.
Ayşən Vəli