PDF Oxu

Siyasət

  • 2 140

Prezidentin Özbəkistana səfəri hər iki ölkə üçün mühüm əhəmiyyət malikdir - ŞƏRH

Prezidentin Özbəkistana səfəri hər iki ölkə üçün mühüm əhəmiyyət malikdir - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana rəsmi səfəri iki qardaş ölkə arasında iqtisadi-siyasi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanması ilə yanaşı, eyni zamanda yeni dünya düzənində türkdilli dövlətlərin birliyinə böyük töhfə verdiyini nümayiş etdirdi. Ölkə başçısının səfəri dünyanın həssas bölgələrindən sayılan və böyük güclərin birbaşa maraq dairəsində olan Orta Asiyada Azərbaycanın nüfüzunu və gücünü göstərdi.

Bu isə Prezident cənab İlham Əliyevin yüksək dəqiqliklə hesablanmış xarici siyasətinin əsas prioritet məsələsi olan beynəlxalq münasibətlərdə Azərbaycanın söz sahibi olmasının göstəricisi kimi sayılmalıdır.

Möhtərəm Prezidentimiz cəanb İlham Əliyev iyunun 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışında çıxış edərkən ulu öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin dərinləşməsindəki fəaliyyətini yüksək dəyərləndirərək, bildirdi ki, - “Şavkat Miromonoviçin düzgün olaraq qeyd etdiyi kimi, Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. Onun oğlu kimi, canlı şahid kimi təsdiq edə bilərəm ki, 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi. Şavkat Miromonoviç ilə biz də bu şanlı estafeti davam etdiririk. Biz xalqlarımızı inkişaf yolu ilə və sıx qarşılıqlı fəaliyyət yolu ilə aparırıq”.

Dövlətimizin başçısı daha sonra vurğulayıb ki, bugünkü dövlət səfəri təkcə iki ölkə rəhbərinin niyyətlərinin sübutu deyil, həm də qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməlinin təsdiqidir. Özbəkistan xalqı Heydər Əliyevin özbəklərə, Özbəkistana münasibətini çox yaxşı bilir. Azərbaycan Şavkat Miromonoviçin rəhbərliyi ilə Özbəkistanı müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlət kimi görməyə sevinir. Bunun üçün Özbəkistanın müstəqilliyinin, müdafiə qabiliyyətinin, iqtisadi potensialının möhkəmlənməsi, sosial məsələlərin həlli, şəhərsalma sahələrində necə böyük uğurlar qazandığını görmək üçün son 5-6 ilə aid statistik rəqəmlərə baxmaq kifayətdir. Azərbaycan bu uğurları görür və dostlar, qardaşlar kimi bütün bunlara görə sevinir.

Vətən müharibəsində Azərbaycanın öz ərazilərini erməni işğalından azad etməsindən sonra ölkəmizin regionda və dünyada nüfuzu daha da artıb. Azərbaycan regionda söz sahibinə çevrilmiş güclü dövlətlərdəndir. Ölkəmiz Cənubi Qafqazda vəziyyətə özü diktə etməyə başlayıb.

Bölgədə sülhün bərpası prosesində Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər istər region ölkələri, istərsə də dünyanın supergüc dövlətləri və beynəlxalq təşkilatları tərəfindən qəbul edilməkdədir. Bu isə Azərbaycanın müxtəlif ölkələrlə əlaqələrinə də müsbət təsirini göstərməkdədir. Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri də bunun parlaq ifadəsidir.

Əli Paşayev, YAP Tərtər rayon təşkilatının əməkdaşı

Digər xəbərlər