Siyasət

  • 3 071

Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir

image

27 iyun 2022 - ci il tarixində Prezident cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasında çıxış edərək işğaldan azad edilmiş ərazilərdə görülən bərpa və yenidənqurma işlərindən və görüləcək işlər barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən İşğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır.
Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin bərpası ölkə Prezidenti cənab İlham Əlyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi bu gün işağaldan azad olunan ərazilərdə tikinti-quruculuq və bərpa işlərini Azərbaycan dövləti təkbaşına icra etməkdədir və Azərbaycanın qüdrətli dövlət olmasına bariz nümunədir. Prezident cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasi kursu sayəsində Azərbaycan regionda mühüm nüfuz sahibi olan bir ölkəyə çevrilmişdir.
Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək.
Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarında infrastruktur layihələrinin uğurla icrası planlı və surətli şəkildə davam etdirilməkdədir. Xüsusilə Zəngilan rayonunda müasir layihə üzrə inşa edilmiş Ağalı kəndi Qafqazda və regionda bənzəri olmayan bir layihədir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bərpa-quruculuq işləri həyata keçirən ölkəmiz üçün yeni imkanlar yaratmışdır.
Bütün bu uğurların təməlində Prezident cənab İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti və qətiyyətli siyasi mövqeyi dayanır .

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər