Siyasət

  • 2 471

Genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünün və qüdrətinin təzahürüdür

image

Günü-gündən gözəlləşən Bakımız və Azərbaycanın digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı şəhərlərin inkişafı baxımından yeni imkanlar və təcrübə əldə edilib. Tarixi simasını qoruyub saxlamış və ən gözəl şəhərlərdən biri hesab olunan Bakı misilsiz memarlığı, parkları və bulvarları ilə tarixi irs və müasirliyin ahəngliyini özündə birləşdirir. Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusuna həsr olunmuş 11-ci sessiyasında bu təcrübə bir daha gündəmə gəldi. Forumda ölkəmizin bərpa və yenidənqurmada, bölgələrin, şəhərlərin inkişafı və reinteqrasiyasında unikal təcrübə yaratdığı qeyd olunub. Heç şübhə yoxdur ki, Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, Bakıətrafı yaşayış məntəqələri də sürətli inkişaf edir. Azərbaycan paytaxtın tarixi görkəmini qorumaqla müasir inkişafı ilə yanaşı azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri də təqdir olunur. Dövlətimizin başçısı cənab İlham Əliyevin sessiyada çıxışı zamanı da qeyd etdiyi kimi, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun inklüziv, təhlükəsiz, dözümlü, dayanıqlı şəhər və kəndlərin inşasıdır. Yeni şəhərlərdə, kəndlərdə yaşamaq və işləmək şəraiti vəhdət təşkil edəcək. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.Onu da qeyd edək ki, artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib. 44 günlük Vətən müharibəsindən sonra doğma torpaqlarımız işğaldan azad edildi. Torpaqlarımız azad edildikdən sonra ölkəmizdə yeni şəhərlər, yüzlərlə kəndlər salınır, yeni infrastruktur yaradılır. Azərbaycan bu işləri öz gücü hesabına reallaşdırır. Genişmiqyaslı quruculuq işləri Azərbaycanın gücünü və qüdrətini nümayiş etdirir. Əlbəttə ki, bu prosesə beynəlxalq təşkilatların da qoşulması arzuolunandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumdünya Şəhər Forumunda işğaldan azad olunan üç rayonumuzda BMT, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə bərpa və yenidənqurma ehtiyaclarını birgə dəyərləndirdiyini xatırlatdı. Eyni zamanda, Azərbaycan BMT-nin Yaşayış Məskənləri Proqramı ilə daha sıx əməkdaşlıq etmək niyyətindədir. Nəzərə alsaq ki, bu proqram donorların dəstəyi ilə dünyanın bir sıra ölkələrində münaqişələrdən sonrakı dövrdə bərpa-quruculuq işlərinə dəstək göstərir, bu mənada Azərbaycan da bu təcrübədən yararlanmaqda maraqlıdır və ölkəmiz xarici donorların dəstəyinə açıqdır. Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək.

Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya
İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər