Siyasət

  • 1 576

Azərbaycan-Özbəkistan münasibətləri tarixi köklərə bağlıdır ŞƏRH

image

Azərbaycan Respublikasınınm Prezidenti cənab İlham Əliyevin iyunun 21-də dost Özbəkistana Dövlət səfəri ilə ilk andan Azərbaycan və Özbəkistan münasibətlərinin yüksək səviyyədə olduğu hiss edildi. Rəsmi qarşılanma mərasimindən tutmuş, geniş tərkibli görüşlərdə və sənədlərin imzalanma mərasimlərində Azərbaycan Respublikasının Prezidenti böyük hörmət və məhəbbətlə qarşılanmışdır.Azərbaycan Respublikasının Prezidenti Özbəkistanın Müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidəni ziyarət etməsi, Daşkənd şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş parkın və barelyefin açılışı Özbək və Azərbaycan xalqlarının qarşılıqlı olaraq bir-birinə yaxınlığının təzahürüdür. Ulu Öndər Heydər Əliyev həmişə Özbək xalqına, onun milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmışdır. Azərbaycan-Özbəkistan münasibətləri istər Sovetlər dövründə, istərsə MDP məkanında, istərsə də Beynəlxalq tədbirlərdə, keçirilən sammit və zirvə toplantılarında hər iki ölkə qarşılıqlı olaraq digərlərinin siyasi maraqlarına dəstək vermişdir. Azərbaycan və Özbəkistan arasında diplomatic münasibətlər Ümummilli Lider Heydər Əliyevin II dəfə siyasi hakimiyyətdə olduğu dövrdə-1995-ci ilin oktyabr ayının 2-də qurulub. 1996-cı ildə Azərbaycanın Özbəkistanda, 1998-ci ildə Özbəkistanın Azərbaycanda səfirlikləri rəsmi fəaliyyətə başlayıb. Elə həmin vaxtdan başlayaraq iki qardaş ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başlayıb. Ulu Öndər 1996-cı ildə və 1997-ci ildə Özbəkistanda səfərdə olması Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə, dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə səbəb olub. Sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan və Özbəkistan Prezidentləri mətbuat konfransında çıxış edərək bəyanat vermişlər.Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxışında qeyd etmişdir ki, iki qardaş xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb. Rəmzi haldır ki, budəfəki səfər Azərbaycanın Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin ölkəmizə birinci rəsmi səfərindən düz 25 il sonra keçirilir. Bu gün bizim Heydər Əliyevin adını daşıyan yenilənmiş parkın və orada qoyulmuş abidəni açmaq məndən ötrü böyük şərəf oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ona və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkür etmiş, Qardaş Özbəkistanla ikitərəfli münasibətlərin geniş spektrini və xarici siyasət gündəliyində duran mühüm məsələləri müzakirə etmək fürsətinə malik olmasının ona çox xoş olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında strateji əlaqələrin daha da inkişaf etdirilməsi barədə imzalanmış Bəyannamə Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqazda inkişafa, qarşılıqlı təhlükəsizliyə mühüm töhfə olacaqdır.

Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Digər xəbərlər