PDF Oxu

Siyasət

  • 2 133

"Müharibə başa çatmasa, böhran daha da dərinləşəcək" - SİYASİ EKSPERT AÇIQLADI

"Müharibə başa çatmasa, böhran daha da dərinləşəcək" - SİYASİ EKSPERT AÇIQLADI

"Rusiya ilə Ukrayna arasında baş verən hərbi münaqişə son günlər daha da alovlanır. Hərbi qarşıdurmanın miqyası daha da genişlənir. Baş verənlər deməyə əsas verir ki, münaqişə hələ uzun müddət davam edəcək". Bu sözləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.Onun sözlərinə görə, tərəflərin danışıqlar masasına oturmaması, hərbi əməliyyatların şiddətlənməsi müharibənin tezliklə başa çatmasına olan ümidləri heçə endirir: "Məlumdur ki, Rusiya ilə müqayisədə Ukraynanın hərbi potensialı xeyli azdır. Amma Qərb ölkələri Ukraynanı silahlandırmada davam edir, böyük məbləğlərdə maddi yardımlar göstərir. Bu da şübhəsiz ki, döyüş əməliyyatlarının uzanmasına təkan verir. Hazırda dünyada yeni düzən formalaşır, dünya yeni qütbləşməyə doğru gedir. Olduqca ciddi və təhlükəli proseslər baş verir. Sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi iki ölkə arasında deyil, ümumilikdə Rusiya ilə Qərb arasında baş verən qarşıdurmadır. Bu da bütün dünya üçün faciəvi nəticələr deməkdir".Sahil Kərimli fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ukraynada infrastrukturun hər gün dağıdılması, şəhərlərin, qəsəbə və kəndlərin, yaşayış məntəqələrinin müharibənin təsiri ilə məhv edilməsi tərəflərin çoxsaylı itkilər verməsi göz önündədir: "Bundan əlavə hazırda regionda baş verən iqtisadi tənəzzül, ticarət əlaqələrinin iflic vəziyyətə düşməsi dünya üçün ciddi həyəcan siqnalı olmalıdır. Qərbin Rusiyaya geniş sanksiyalar tətbiq etməsi vəziyyəti daha da gərginləşdirir. Təbiidir ki, tətbiq edilən sanksiyalar bumeranq təsiri bağışlayacaq və Avropa ölkələri də dərin tənəzzüllə üzləşəcək. Avropanın enerji təchizatı məsələsində yaranan problemlər bunun təzahürüdür. Hazırda dünya ərzaq böhranı astanasındadır. Yaxın aylarda kütləvi ərzaq qıtlığının yaranması qaçılmaz olacaq. Əgər Rusiya-Ukrayna arasındakı müharibə tezliklə başa çatmasa, bu böhran daha da dərinləşəcək və insanlığa böyük zərbə olacaq".

Arzu Qurbanlı

Digər xəbərlər