PDF Oxu

Siyasət

  • 2 002

“Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayır” - ŞƏRH EDİLDİ

“Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayır” - ŞƏRH EDİLDİ

“Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı özünün qızıl dövrünü yaşayır. Təşkilatın tarixinə baxsaq, hərəkat fəaliyyətinin heç bir dövründə dünyada siyasi proseslərə bu qədər təsir imkanlarına malik olmayıb. Təşkilat məhz Prezident İlham Əliyevin liderliyi altında istər Pandemiya dövrünün qlobal problemlərinə, istər bu çərçivədə siyasi proseslərə dair ciddi qərarların qəbulu ilə nəticələnən addımlar atılmış, BMT Baş Assambleyasının xüsusi sessiyaları çağırılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.Onun sözlərinə görə, Azərbaycan Rəhbəri eyni zamanda Hərəkatın struktur imkanlarını da artıraraq dövlətimizin sədrlik dövrünü Qoşulmama Hərəkatının özü üçün islahatlar perioduna çevirmişdir: “Bilirsiniz ki, bir müddət öncə bu çərçivədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, o cümlədən, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi təsis edilmişidr. Bu gün Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı isə göstərdi ki, Azərbaycan tərəfinin təşəbbüsləri yalnız qərarlarla ifadə olunmur, biz həm də məsuliyyətli təşəbbüslərimizin icrasını təmin edirik”.Deputat sözlərinə belə davam edib: “Digər tərəfdən, Bakı konfransında “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilməsi, təşkilatın rəsmi loqosu və bayrağının təsdiq olunması, qurumun sədri və sədr müavinlərinin seçilməsi Azərbaycanın Qoşulmama hərəkatında səmərəli iş əmsalını bir daha ortaya qoyur.Habelə, elə ilk toplantıda təsisatın dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparmaları, xüsusən bu müzakirələrin dialoqun zəruri olduğu hazırkı dönəmdə Azərbaycan Prezidentinin yeni dialoq platforması kimi Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşəbbüsünün nə qədər uzaqgörən addım olduğunu bir daha ortaya çıxardı.Digər vacib nüans, bilirsiniz ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, o cümlədən, 9 beynəlxalq parlament təşkilatının nüfuzlu təmsilçiləri qatılıblar. Azərbaycanın yaratdığı reallığı birdən-birə bu qədər nüfuzlu heyətlərin şəxsən müşahidə etməsi informasiya müharibəsində Azərbaycanın əsaslı qələbələrindən biri hesab edilməlidir”.

Ayşən Vəli

Digər xəbərlər