Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının "H.Cavid pr.33A" (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi ilk partiya təşkialtında 76 nəfər əməkdaşın Yeni Azərbaycan Partiyasına üzv olması ilə əlaqədar iclas keçirilib. İclasda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 30 ildə öz məqsədlərinə uyğun yüksək səviyyəli dinamik şəkildə inkişaf etməkdədir. Bu baxımdan da partiyamızın üzvlərinin gündən-günə artması qürurverici bir hissdir. Bundan əlavə qeyd olundu ki, Ulu Öndər Heydər Əliyevin siyasi və layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfər, regionda yaranan reallıqlar vətənimizi dünyanın qabaqcıl ölkələri sırasında ön cərgələrdə yer almasına səbəb olmuşdur. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Çıxışına davam edən Bəxtiyar Nəbiyev sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan əməkdaşlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulayıb. Çıxış edən "H.Cavid pr.33A" (Bakı Metropoloteni QSC) ünvanı üzrə ərazi ilk partiya təşkialtının sədri Hidayət Məmmədov və sədr müavini Rəhilə Ramazaova partiyamızın uğurlarından bəhs edərək yeni üzv olanlara ictimai-siyasi fəaliyyətlərində uğurlar arzu ediblər.
Nəzakət ƏLƏDDİNQIZI