PDF Oxu

Siyasət

  • 2 874

DAĞ BAŞINDAN “DƏMİR YUMRUQ” XƏBƏRDARLIĞI: BUNU HEÇ KİM UNUTMASIN! ŞƏRH

DAĞ BAŞINDAN “DƏMİR YUMRUQ” XƏBƏRDARLIĞI: BUNU HEÇ KİM UNUTMASIN! ŞƏRH

Ali Baş Komandan, Prezident İlham Əliyev 26 İyun - Silahlı Qüvvələr Günü Kəlbəcərdəki komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı Ermənistandakı revanşistlərə növbəti sonuncu xəbərdarlığını etdi: "Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: "Dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın". Müzəffər Komandan kimi Şərqi Zəngəzura növbəti səfəri zamanı İlham Əliyev bir daha Ermənistanla sülh danışıqları ərəfəsində bu ölkənin rəhbərliyinin son günlərdəki davranışı, əsassız "status" iddiaları və Zəngəzur dəhlizinin açılması istiqamətindəki fəaliyyətsizliyinə toxunaraq bəyan etdi ki, heç kim Azərbaycanın qabağında dura bilməz. Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. Sözü imzası qədər keçərli olan Prezident İlham Əliyev bu qətiyyətli fikirləri ilə məğlub ölkəyə bir daha xəbərdarlıq edərək üzərinə götürdüyü öhdəliyi reallaşdırmağa çağırdı. Qalib Komandan revanşistlərə, Ermənistan rəhbərliyinə çatdırdı ki, boş-boş bəhanələr səsləndirmək, köhnə iddialardan əl çəkməmək yalnız özlərinə ziyan vuracaq. Çünki Azərbaycan Qarabağ məsələsini artıq həll edib. Nə "status" var, nə də "Dağlıq Qarabağ".Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hazırlığına göstərdiyi diqqətin, xalq –ordu birliyinin, gənclərimizdə daim yüksək olan vətənpərvərlik ruhunun nəticəsidir.Ali Baş Komandanımızın: «Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu müstəqillik dövründə yetişən gənclər etdilər»,-deməsi hər zaman Qalib Liderimizin gənclərimizə inamını gördükcə biz də öz Ali Baş Komandanımızlı qürur duyur, Vətənimizə, xalqımıza, dövlətimizə məhəbbətimiz artır. İkinci Vətən Müharibəsi bir daha göstərdi ki, Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır.Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında çıxış edərkən vurğulayıb ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Əziz şəhidlərimizin xatirəsi daim bizim qəlbimizdə yaşayacaq: «Vətənpərvərlik, nizam-intizam, iqtisadi güc, siyasi mövqelər və əlbəttə ki, Silahlı Qüvvələrimizin müasir silahlarla təchiz edilməsi - bütün bu amillərin vəhdəti İkinci Qarabağ müharibəsinin nəticələrini şərtləndirdi. Cəmi 44 gün ərzində biz düşməni torpağımızdan qovduq, düşməni diz çökdürdük, onu məcbur etdik ki, ağ bayraq qaldırsın və Kəlbəcərdən məcbur olaraq çıxsın. Kəlbəcər bir güllə atılmadan azad edilmişdir. Biz onsuz da Kəlbəcəri azad edəcəydik. Çünki artıq Ermənistan ordusunun beli qırılmışdı, ancaq itkilər çox olacaqdı. Ona görə 44 gün ərzində Ermənistan ordusunu elə vəziyyətə saldıq ki, onların başqa yolu qalmamışdı".Və əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq: «Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın!».

FUAD HEYDƏR,
YAP Səbail rayon təşkilatının təlimatçısı

Digər xəbərlər