Bu gün Şuşada olmağımız təsadüfi deyil. Konfransın bu Zəfər şəhərində keçirilməsi qürurvericidir. Bu müqəddəs torpaq Şuşa Bəyannaməsinin imzalandığı şəhərdir.
Bunu Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin direktoru Ufuk Ulutaş iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.
O deyib: “Türk dövlətləri olaraq çox uğurlu bir yoldayıq. Türkiyə bu yolun bir parçası olaraq davam edəcək. Azərbaycan-Türkiyə əməkdaşlığı Cənubi Qafqaz və Orta Asiya regionundakı münasibətlər sistemində bir nümunədir”.
yap.org.az