Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı, 3 saylı Laçın rayon Mərkəzi Xəstəxanası PHŞ ərazi partiya təşkilatı ilə birlikdə şəhid Cabbarov Elnur Şahmurad oğlunun ailəsini ziyarət edib, “Qurban Bayramı” - sovqatı çatdırıblar.
Görüş zamanı şəhidin ailə üzvüləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildirərək Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini çatdırıblar.