“2020-ci il 12 iyulda münaqişə bölgəsindən uzaqda Tovuz istiqamətində Ermənistanın yeni arzular uğrunda başladqları geniş döyüş əməliyyatlarını müzəffər ordumuzun bölmələri tərəfindən qərəmancasına düşmənə ağır zərbə endirilərək geri oturtması tarixi qələbəmizin başlanğıcı oldu. Azərbaycan münaqişəni danışıqlar yolu ilə həll edilməsini və ərazilərini düşməndən azad olunmasına beynəlxalq ictimaiyyətin dəstəyin olcağını 30 il səbirlə gözlədi. Amma düşmən münaqişəyə səbirlə yanaşmağımızdan sui-istifadə edərək geniş hərbi əməliyyatlara əl atmaqla yeni arzularını reallaşdırmağına cəd etdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.Onun sözlərinə görə, Tovuz döyüşlərində aldıqları ağır cavab zərbə ermənilər üçün dərs olmalıydı və Azərbaycanın şanlı ordusunun gücünü görməliydilər: “Amma bunun əksinə olaraq ermənilər sentyabrın 27-də növbəti təxribata əl atdılar və nəticədə Ali Baş Komandanın əmri ilə ordumuz 44 gündə ölkəmizin ərazi bütövlüyünü təmin edərək düşməni kapitulyasiya aktına imza atmağına məcbur etdi.Tovuz döyüşlərinin bir neçə aspektən böyük tarixi əhəmiyyəti olduğunu hesab edirəm. Birincisi, bu döyüşlərdə Azərbaycan ordusu tam gücü ilə cəlb olunmamışdı. Sadəcə olaraq müzəffər ordumuz qismən hərbi gücdən istifadə etməklə hərbi əməliyyat keçirərək düşmənin 100-dən çox hərbiçisini, döyüş məntəqələrini və hərbi texnikalarını məhv etdi.Düzdür, bu döyüşlərdə general Polad Həşimov başda olmaqla 12 hərbi qulluqçumuzu və 1 mülkü vətəndaşımızı itirdik. Allah şəhidlərimizə rəmət eləsin. Bu döyüşlər dünyaya sübut etdi ki, Azərbaycanın generalları, komandirləri əsgərlərin arxasında gizlənmirlər. Əksinə ön pozisiyada əsgərlərlə çiyin-çiyinə dayanaraq torpaqlarını göz bəbəyi kimi qoruyurlar. Həm də bu döyüşlərdə döyüş texnikamızı və taktikamızı qismən istifadə etməklə düşmənlərə ordumuzun gücü haqqında mesaj verdik”.Deputat sözlərinə belə davam edib: “İkincisi isə Tovuz döyüşləri Azərbaycan xalqının birliyini və Ali Baş Komandandan döyüş əmri gözlədiyini nümayiş etdirdi. Yəni, Tovuz döyüşləri başlanan ilk gündən 10 minlərlə gənc küçələrə axışaraq döyüşə getmək üçün səfərbər olunmağına hazır olduqlarını nümayiş etdirdi. Ali Baş Komandanın döyüşə getmək istəyənlərə ərazi hərbi komissarlıqlarında qeydiyyatdan keçməsinə çağırışına 10 minlərlə gənc dəral qoşuldu. Bu xalqın dövlət başçısı ilə birliyin nümayişi idi və 2 ay sonra başlanmış Vətən müharibəsində bu sarsılmaz birlik Azərbaycanı qələbəyə apardı. Beləliklə, Tovuz döyüşləri Vətən müharibəsinə gedən yolun başlanğıcı olmaqla dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış qəhrəmanlıq səhifəmizdir”.
Ayşən Vəli