PDF Oxu

Siyasət

  • 2 712

"YUNESKO-nun ədaləti, vicdanı varsa,..." - DEPUTAT İRAD BİLDİRDİ

"YUNESKO-nun ədaləti, vicdanı varsa,..." - DEPUTAT İRAD BİLDİRDİ

"İrəvan şəhəri birmənalı olaraq Azərbaycan şəhəridir. İrəvan şəhəri ilə bağlı kifayət qədər mənbə var. Bu mənbələr həm fars, həm osmanlı, tarixin sonrakı dövrlərində isə rus mənbələridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Təpəbaşı məhəlləsi İrəvanın 4 məhəlləsindən biridir: "Burada olan yer, dərə və çay adları birmənalı olaraq Azərbaycan adlarıdır. Ermənilərin sayı tarix boyu barmaqla sayılıb. 1828-ci il fevral ayında Türkmənçay müqaviləsindən sonra ermənilər bu ərazidə söz sahibi oldu. Bu müqavilədən sonra minlərlə erməni İran ərazisindən bu torpaqlara köçürüldü. Keçmiş İrəvan xanlığının ərazisində erməni vilayəti yaradıldı. 1849-cu ildə İrəvan quberniyası yaradıldı. Amma bu vaxta qədər ərazi birmənalı olaraq İrəvan xanlığının ərazisi idi. İrəvan şəhərinin taleyində və tarixində mühüm rol oynayanlardan biri də tarixi-mədəni abidələrdir. Bu ərazidə kifayət qədər məscidlər var idi. Bu məscidlərdən bugünə qədər yeganə qalan məscid Göy Məsciddir. Bu məscid Azərbaycanın İrəvan xanlığının mövcudluğu dövründə tikilən məsciddir. Artıq 1988-ci ildən azərbaycanlılarının Ermənistandan çıxarılması, qovulması başlandı. Orada təkcə insanların əmlakı orada qalmadı, min illər boyu azərbaycan türklərinin yaratdığı dini, tarixi abidələri məhv edildi. Çox təəssüflər olsun ki, YUNESKO Ermənistanı ittiham etməkdənsə, qınamaqdansa, əsassız çıxış edərək bildirir ki, guya Qarabağ ərazisində ermənilərin tikdiyi tarixi abidələr var və azərbaycanlılar həmin abidələri məhv edib. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən sonra bunlar sadəcə bir cəfəngiyyatdır. YUNESKO-nun ədaləti, vicdanı varsa, ermənilərin Kəlbəcərdən çıxanda kəndlərini oda vermələrini işıqlandırsın".

Arzu Qurbanlı

Digər xəbərlər