YAP Şamaxı rayon təşkilatında müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün münasibətilə tədbir keçirilib
YAP Şamaxı rayon təşkilatında l4 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün münasibətilə tədbir keçirilib.Tədbir iştirakçıları tərəfindən öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Daha sonra YAP Şamaxı rayon təşkilatında tədbir davam etdirilib.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyev və torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq qeyd etdi ki, tarixdə elə şəxsiyyətlər olur ki, onların həyat və fəaliyyəti bütöv bir xalqın, dövlətin inkişaf yolunu müəyyənləşdirir.Belə nadir şəxsiyyətlərdən biri də ötən əsrin və yeni minilliyin görkəmli siyası və dövlət xadimi, xalqımızın ümummilli lideri Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevdir.Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənətinin xəzinəsinə daxil olmuş, onun adı Azərbaycan xalqının rəmzinə, keçdiyi ömur yolu doğma torpağa məhəbbət və sədaqət meyarına çevrilmişdir. Azərbaycan xalqının bütün tarixi ərzində yetirdiyi ən böyük siyasi və dövlət xadimlərindən biri olan Heydər Əliyev mənsub olduğu xalqı yeni minilliyə qloballaşma əsrinə hazırlayıb çatdıran ümummilli liderdir.Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin möhtəşəm siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə dövlət həyatının bütün sahələrində misli ğörünməmiş canlanma baş verdi, qısa müddət ərzində ölkə əsrə bərabər inkişaf yolu keçdi. Bu illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil oldu. Yaradılmış əlverişli şərait cəmiyyətin potensial qüvvələrini hərəkətə gətirdi, bunun nəticəsində xalqımızın milli mənlik şüurunda böyük oyanış baş verdi. Məhz həmin dövrdə Heydər Əliyev siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı. Tədbirin gedişatında “Tərəqqi yolunun başlanğıcı” mövzusunda film nümayış edilib.Tədbirdə çıxış edən rayon ağsaqqalı Ağarza Bayramov, Şamaxı Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və YAP Şamaxı rayon 6 saylı ərazi partiya təşkilatının sədr müavini Aytac Hacıyeva bildirdilər ki, Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə seçilməsi tariximizin dönüş nöqtəsi kimi yaddaşlara həkk olunub: “Yaşlı nəsil yaxşı xatırlayır ki, 60-cı illərə qədər Azərbaycan bütün sahələrdə xoş olmayan günlərini yaşayırdı. İnsanların həyatı yaxşı deyildi. Nəticə etibarilə Azərbaycan keçmiş İttifaqın ən geridə qalmış respublikalarından biri idi. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçilməsindən çox qısa zaman sonra Azərbaycanda o zaman müşahidə olunan xoşagəlməz proseslərin qarşısı alındı, iqtisadiyyat inkişaf etməyə başladı, çoxlu sayda sənaye müəssisələri yaradıldı. Ölkənin sənaye potensialı yüksəldi, kənd təsərrüfatında böyük dönüş başladı. Azərbaycanda çox güclü kənd təsərrüfatı və aqrokompleks yaradıldı. Ölkəmizdə üzümçülük, pambıqçılıq çox sürətlə inkişaf etdi. Bir tərəfdən sənayenin və kənd təsərrüfatının inkişaf etdirilməsi, digər tərəfdən müasir texnologiyalar əsasında aqrosənaye komplekslərinin yaradılması insanların rifahını köklü surətdə dəyişdi. Məhz o zamandan Azərbaycanın şəhərlərinin, kəndlərinin siması dəyişdi.Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərli vurğuladı ki, dövlət idarəçiliyi sahəsində Heydər Əliyev irsinin çox əhəmiyyətli cəhətlərindən biri də bu idi ki, O öz siyasətini heç bir zaman birtərəfli qurmurdu.Onun gördüyü işlər kompleks tədbirlər sistemindən ibarət idi. Bu baxımdan, ümummilli liderin 70-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığı işinə xüsusi diqqət yetirməsi də bunu bir daha təsdiq edir. 1970-ci illərə kimi Cənubu Qafqaz respublikaları arasında azərbaycanlılara SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradılır, hətta müəyyən limitlət tətbiq edilirdi. Heydər Əliyevin çox böyük səyı nəticəsində bu qadağalar aradan qaldırıldı.Bu siyasət Heydər Əliyev tərəfindən Azərbaycan dövlətçiliyinin intellektual bazasının yaradılmasına yönələn cəsarətli addımlar idi. Bu günün prizmasından yanaşdıqda bu addımların sonralar müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu daha aydın, daha qabarıq görünür. 70-ci illərdən başlayaraq respublikanın bütün rayonlarında, xüsusən Şamaxıda ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə çox böyük üzümçülük təsərrufatları və emal sənayesi yaradıldı. Bu əhalinin həyat səviyyəsinin yüksəlməsinə böyük təkan verdi. Bu gün Azərbaycanda gedən iqtisadi yüksəliş, qeyri neft sektorunun inkişafı, insan kapitalına verilən qiymət ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Regionların sosial iqtisadi inkişafı dövlət proqramına” əsasən respublikanın bütün bölgələrində, o cümlədən Şamaxı rayonunda aparılan quruculuq işləri iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, bölgənin infrastrukturunun dəyişdirilməsinə xidmət edir.
sia.az