Bu gün Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun xatirəsi anılıb. SİA xəbər verir ki, Polad Həşimovu sevənlər - qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, dostları, səngər yoldaşları Milli Qəhrəmanın xatirəsini məzarı başında yad ediblər.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi Polad Həşimov iki il əvvəl 2020-ci ilin iyunun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. General iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub.Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verilib.
sia.az