PDF Oxu

Siyasət

  • 2 466

“Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmir”

“Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmir”

”Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin 6 ayın yekunlarına həsr olunmuş müşavirənin çox böyük əhəmiyyəti var. Prezident həm daxili, həm də xarici siyasətlə bağlı çox vacib məqamlara toxundu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın inkişafı ilə yanaşı, eyni zamanda Azərbaycan beynəlxalq qurumlarla, eləcə də qonşu dövlətlərlə münasibətlərin güclədirilməsi istiqamətində də çox böyük mühüm addımlar atıb: “Bu gün Azərbaycan iqtisadiyyatında sabitlik qorunur. Prezident müşavirədə növbəti dəfə Ermənistana ciddi xəbərdarlıq etdi. Burada Ermənistanın həm statusla bağlı, həm də ATƏT-lə bağlı məsələni qabartmasından söhbət gedir. Azərbaycan dəfələrlə bu məsələrlə bağlı münasibətini bildirib. Status məsələsi artıq yoxdur. ATƏT məsələsinə gəldikdə isə onlar özləri dəfələrlə vurğulayıblar ki, artıq ATƏT-in fəaliyyəti məsələsi gündəlikdə yoxdur.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, digər bir məsələ isə Qarabağda erməni silahlı qüvvələrinin çıxarılması ilə bağlıdır: “Dəfələrlə bununla bağlı xəbərdarlıq edilməsinə baxmayaraq bu gün də Ermənistan silahlı qüvvələrini Qarabağdan çıxartmır. Bu, Ermənistanın növbəti təxribatıdır. Bu onu göstərir ki, Ermənistan hələ də Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkmir. Bununla yanaşı Ermənistan öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir. Əgər, yerinə yetirməsə, Azərbaycan öz məqsədinə başqa yolla nail olmağa məcbur olacaq. Həmçinin Rusiya tərəfi də vasitəçi kimi Ermənistanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməlidir. Bu gün Azərbaycan Ordusunun gücü, qüdrəti artmaqdadır.

Həmçinin qazi və şəhid ailələri ilə bağlı məmurlara çox ciddi tapşırıqlar verdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu istiqamətdə çox böyük işlər gördüyünü, addımlar atdığını vurğuladı.

Ümumilikdə müşavirə çox yüksək səviyyədə keçdi. Həm Azərbaycan xalqına, həm məmurlara, həm də Ermənistana çox ciddi mesajlar verildi. Düşünürəm ki, növbəti günlərdə bu istiqamətlərdə hər kəs öz üzərinə düşən vəzifəsini yerinə yetirəcək”.

Arzu Qurbanlı

Digər xəbərlər