PDF Oxu

Siyasət

  • 2 436

“Mina xəritələrinin verilməməsinin heç bir hüquqi əsası yoxdur” - POLİTOLOQ AÇIQLADI

“Mina xəritələrinin verilməməsinin heç bir hüquqi əsası yoxdur” - POLİTOLOQ AÇIQLADI

Ermənistanın bugünə qədər dəqiq şəkildə minalanmış ərazilərin xəritələrini verməməsinin heç bir hüquqi əsası yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.Onun sözlərinə görə, bu mövqe Ermənistan siyasi hakimiyyətinin və onlara bu məsələdə heç bir təsir mexanizmindən istifadə etməyən erməni cəmiyyətinin azərbaycanlılara qarşı olan nifrət əsaslı ideoloji yanaşmalarının təzahürüdür: “Çox təəssüflər olsun ki, Rusiya, Avropa İttifaqı, ABŞ kimi danışıqlar prosesində vasitəçi qismində çıxış edən tərəflər də bu məsələdə qətiyyətli mövqe nümayiş etdirmirlər. Bu da mina xəritələrinin verilməsi məsələsinin hər dəfə Ermənistan tərəfindən danışıqlar prosesində təsir vasitəsi olaraq istifadə edilməsi cəhdlərinə şərait yaradır”.

Arzu Qurbanlı

Digər xəbərlər