İyul ayının 16-da Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşı Samir Ağayev, ərazi partiya təşkilatı sədrləri Bəhruz Qafarov və Elmin Nuri II Qarabağ müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən, rayonun Nəsimi kəndindən olan şəhid Məcidzadə Saleh Nəriman oğlunun doğum günü münasibəti ilə ailəsini ziyarət ediblər. Görüşdə şəhidin şərəfli həyatı və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları ilə maraqlanılıb. Şəhidin valideyni onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Daha sonra kənd qəbiristanlıqında şəhidin məzarı ziyarət olunub və ruhuna dualar oxunub. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məcidzadə Saleh Nəriman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!
Rəfiqə