PDF Oxu

Siyasət

  • 2 924

Paşinyan Fransa diasporunun şefi Papazyanı söydü: amansız qarşıdurma! SİYASİ RAKURS+ÖZƏL

Paşinyan Fransa diasporunun şefi Papazyanı söydü: amansız qarşıdurma! SİYASİ RAKURS+ÖZƏL

Baş nazir fransalı diaspor şefini persona non-qrata elan edib və Ermənistana girişinə rəsmi qadağa qoyub

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporları ilə münasibətlərində kəskin qarşıdurmalar, ziddiyyətlər yaşanmaqdadır. Baş verən bu kimi münaqişələr arasında nəzərəçarpacaq qədər şiddəti ilə Fransa diasporunu və diasporun rəhbəri Frank Papazyanı qeyd etmək olar. Belə ki, uzun illər boyunca Ermənistana ən çox maliyyə vəsaitləri göndərən də məhz erməni diaspor təşkilatları koordinasiya şurası, eləcə də rəhbəri Murad Papazyan olub.Artıq münaqişə həddi o dərəcədə inkişaf edib ki, erməni cəmiyyətində parçalanma və qütbləşmə başlayıb – onların bir hissəsi mövcud Paşinyan iqtidarının, digər hissəsi isə Papazyanın cinahında yer alıblar. Lakin buna baxmayaraq, Ermənistanın sosial şəbəkə, həmçinin ekspert cəmiyyəti, əsasən, Fransa diasporunun tərəfində dayanırlar. Bunun səbəbi isə Paşinyanın bir müddət əvvəl Papazyanı təhqir etməsidir, hansı ki, məhz ultra-daşnakçılığı və revanşistliyi ilə seçilən Papazyan Ermənistana illər uzunu yüz milyonlarla dollar göndərməklə bu yarıölü respublika quruluşunu birtəhər ayaqda saxlamağa çalışıb.
Koçaryan-Sarqsyan cütlüyü Papazyanı Paşinyana söydürməklə nəyə və niyə təhrik ediblər?

Yeri gəlmişkən, onu da xatırladaq ki, erməni terrorunu açıq şəkildə dəstəkləyən Frank Papazyanın daha çox qarabağlı erməni klanının rəhbərləri – eks-prezidentlər Koçaryan-Sarqsyan cütlüyü ilə kifayət qədər sıx əlaqələri mövcuddur. Məhz sonuncuların təhriki ilə Papazyan Paşinyanla danışığı zamanı erməni hökumətindən hazırkı dövrə qədər göndərilən vəsaitlərin hesabatını tələb edib.Baş nazir isə ona dəqiq cavab verməyib. Hətta Fransadan hökumət telefonuna zənglər edilərkən, əməkdaşlar Paşinyanın əmrinə əsasən həmin zəngləri cavabsız qoyublar. Belə vəziyyət isə nəticədə ciddi qarşıdurmaya səbəb yaradıb. Hətta belə bir informasiya da var ki, bu iki şəxs daha əvvəl telefonla danışdıqları zaman baş nazir diaspor rəhbərini ən ağır söyüşlərlə təhqir edib və bundan sonra Paşinyan Fransa diasporunun rəhbərliyi ilə əlaqələrinə son qoyub.
Yaşanan münaqişə həm Ermənistan, həm də Fransa ermənilərini parçalayaraq iki qütbə bölüb
Digər məlumata görə isə, bu münaqişə yalnız Ermənistanda deyil, həmçinin Fransadakı diaspor arasında da parçalanma yaradıb. Məsələ ondadır ki, baş verən situasiyadan yararlanan bir qrup erməni öz təşkilatlanmalarını apararaq ayrıca diaspor yaradıb nümayəndələrini İrəvana göndəriblər. Onların nümayəndələri isə diaspor iş üzrə naziri ilə görüşərək yeni konsepsiyalarını təqdim ediblər. Vəziyyətin çərçivədən çıxaraq belə bir hal alması isə Papazyanı özündən çıxarıb.Nəticədə erməni diaspor təşkilatları koordinasiya şurasının rəhbəri Murad Papazyan zəngin ermənilərdən ibarət və onunla həmrəy olan olan daşnakçı erməniləri toplayaraq qərar veriblər ki, nə qədər Paşinyan hakimiyyətdədirsə, onlar Ermənistana bir sent də maliyyə yardımları ayırmayacaqlar. Hətta münaqişə Fransada fəaliyyət göstərən onlarla erməni kilsələrinə də öz təsirini göstərib və deyilənlərə görə, erməni kilsələrində də parçalanma və qütbləşmə hallarına start verilib.
Katolikos I Aram Murad Papazyanın Ermənistana girişinə qadağanın qoyulması ilə bağlı verilən qərardan narahat olduğunu bildirib - kilsələrdən Paşinyana qarşı lənətlər yağdırılmağa başlanıb
Üstəlik, Murad Papazyanın həmin qərarının ardınca Nikol Paşinyan təcili olaraq onun Ermənistan respublikasına girişinə rəsmən qadağa qoyub. Bu qərar isə sanki odun üzərinə benzin töküb. Ölkənin müxalifət düşərgəsində və diaspora dairələrində ox yaydan çıxıb. İlk olaraq erməni keşişləri və cəmiyyəti arasında nüfuzu ilə seçilən katolikos I Aram Murad Papazyanın Ermənistana girişinə qadağanın qoyulması ilə bağlı verilən qərardan narahat olduğunu bildirib və tərəfləri sülhə çağırıb. Amma bu da nəticə verməyib və kilsələrdən Paşinyana qarşı lənətlər yağdırılmağa başlanıb.“Paşinyan üçün iki erməni doasporu mövcuddur – yaxşı və pis”. Bu sözləri isə media eksperti Tiqran Koçaryan deyib. Onun sözlərinə görə, ekspert Papazyanın Ermənistana girişinə qadağanın qoyulmasını və persona nin-qrata elan edilməsini qisas adlandırıb. SİTAT: “Paşinyan inciyib ki, pis diasporda ənənəvi partiyalar və erməni kilsəsi yer alıb. Yaxşı diasporu isə diaspor işləri üzrə ali komissar Zare Sinanyan (Paşinyanın tapşırığı ilə) yaratmağa çalışır”.
Münaqişəyə Ermənistanın eks-ombudsmanı, daşnak xislətinə məxsus və demaqogiya ilə məşğul olan Arman Tatoyan da qarışıb. Onun sözlərinə görə, Papazyanın ölkəyə girişinə qadağanın qoyulması erməni cəmiyyətinin parçalanmasına xidmət edir və qəbuledilməzdir.Lakin bütün qeyd olunanlarla yanaşı, Paşinyanın terrora və qana həvəsi olan tərəflərə qarşı barışmaz savaşa başlaması belə qənaətə gəlməyə zəmin yaradır ki, o təhlükənin artdığını hiss edən kimi onu öz beşiyindəcə boğmaq qərarına gəlib, ona qarşı çıxanları qara siyahıya salıb.
Vaşinqton Paşinyana Moskva və Paris agenturası ilə mübarizəsində davamlı yardımlar göstərəcəyini vəd edib – Qafqazdakı maraqlarını əlində saxlaması üçün...
Beləliklə, növbəti mümkün ehtimallara və oradan doğan proseslərə nəzər salaq. Məsələ ondadır ki, geosiyasi planda Paşinyanla güclü Fransa diasporu arasındakı münaqişənin kökü daha çox dərinə işləyir. Hətta belə desək, artıq burada Vaşinqtonla Parisin də maraqlarının toqquşduğunu deyə bilərik. Məhz bu istiqamətlər Qarabağ münaqişəsi başlayan gündən Cənubi Qafqazın nəbzini öz əllərində saxlamağa və bir addım da geri çəkilməmək üçün cəhdlər göstəriblər.Görünür, Vaşinqton Paşinyana Moskva və Paris agenturası ilə mübarizəsində davamlı yardımlar göstərəcəyini vəd edib. Əbəs deyil ki, məhz ABŞ Konqresi davamlı şəkildə ermənipərəst, anti-Azərbaycan və anti-Türkiyə xarakterli düzəlişlər təklif edir və paralel olaraq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) birbaşa rəhbərini İrəvana rəsmi səfərə göndərir. Bu, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Qafqazı itirməmək üçün ABŞ əlində olan bütün imkanlarından maksimum istifadə etməyə çalışır və Paşinyanın ən böyük erməni diasporu ilə qarşıdurmasında, yəni Fransa erməniləri ilə münaqişəsində ona dəstək göstərəcəyini əməli qaydada nümayiş etdirir.

Rövşən RƏSULOV

Digər xəbərlər