PDF Oxu

Siyasət

  • 2 504

“Ukrayna torpaqlarını geri almaq niyətindədir“ - POLİTOLOQ DANIŞDI

“Ukrayna torpaqlarını geri almaq niyətindədir“ - POLİTOLOQ DANIŞDI

“Artıq 5 aydan çoxdur ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov bildirib.Onun sözlərinə görə, Rusiya bu günə qədər Ukraynanın bir çox müxtəlif ərazilərinə hücum etsə də bu əraziləri tam şəkildə zəbt edə bilməyib: “Ukraynanın 20 faizə yaxın, xüsusilə şərq və cənub-şərq bölgələri Rusiya tərəfindən işğala məruz qalıb. Bəzi bölgələrdə artıq mövqelər əl dəyişdirib, yəni bir sıra bölgələrdə Rusiya silahlı qüvvələri nəzarəti gücləndirir. Yaxud da Ukrayna silahlı qüvvələri əks hücuma keçib Rusiya qüvvələrinə zərbələr endirir. Bir sözlə bölgələrdə mövqe mübarizəsi gedir.Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi hələ uzun müddət davam edəcək. Çünki burada kənar qüvvələrin təsiri daha çox hiss edilir. Xüsusilə Qərbin Ukraynaya verdiyi hərbi silah avadanlıqları Ukraynanın döyüş qabiliyyətini xeyli artırmışdır. Əlbəttə Qərb ölkələrinin Ukraynanı tam şəkildə təmin etdiyini söyləmək dəqiq olmaz. Amma Qərbin Ukraynaya verdiyi dəstək müharibənin uzanmasına şərait yaradır. Ukrayna da ərazilərinin 20 faizinin işğal altında olduğuna görə müharibəni bitirmək istəmir. Ukrayna öz ərazilərini geri almaq istəyir. Ukrayna dövləti anlayır ki, müharibə dayandırılarsa torpaqları Rusiyanın işğalı altında qalacaq və geri almaq qeyri-mümkün olacaq. Ona görə Ukrayna müharibəni davam etdirmək istəyir və əks hücumla torpaqlarını geri almaq niyyətindədir.Digər tərəfdən isə Rusiyada silah-sursat avadanlıqlarının sayı azalır. 5 aydır davam edən müharibədə həm silah-sursat, həm də canlı qüvvədə xeyli itki verib. Müharibə davam etdiyi müddət ərzində də bu davam edəcək. Artıq Rusiyada vəziyyət elə kritik hal alıb ki, həbsxanadakı dustaqlar cəbhə bölgəsinə göndərilir. Düşünürəm ki, bu hal davam edərsə müharibə uzun müddət davam edəcək və çətin şərait yaranacaq”.

Müəllif: Abutel İlhamqızı

Digər xəbərlər