Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtiadiyyatın yüksək olmasıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır. Məhz Prezident İlham Əliyev dəfələrlə çıxışlarında da bildirir ki, iqtisadiyyatı güclü olan ölkə də güclüdür. Bu baxımdan iyulun 15-də ölkə Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlətimizin başçısının proqram xarakterli nitqi qarşıda dayanan vəzifələrin təqdimatı baxımından olduqca diqqətçəkəndir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan geniş bəhs edərək diqqəti bu məqama yönəltdi ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar açır. Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri bunu bir daha təsdiq edir. İlin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir və əvvəlki illərdə ölkə həyatının bütün sahələrini əhatə edən dinamik inkişaf bu ilin 6 ayı ərzində də davam edib və göstəricilər xeyli yüksəkdir. Belə ki, ötən 6 ayda iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye istehsalı 11,5 faiz artıb, əhalinin gəlirləri təxminən 20 faiz artıb. İxrac 2 dəfədən çox, qeyri-neft ixracı 25 faizdən çox artıb. Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ordu quruculuğu, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin miqyasını da nəzərə alsaq Azərbaycanın iqtisadi və maliyyə imkanlarının hansı səviyyədə olduğunu böyük əminliklə qeyd edə bilərik. Çünki ölkəmiz işğaldan azad edilmiş ərazilərimizdə bütün işləri öz daxili imkanları hesabına həyata keçirirümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur.Göründüyü kimi, bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Və bu, Azərbaycanın iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirdi.Dövlət başçısı müşavirədə 6 ayın yekunlarına söykənərək bildirmişdir ki, bizim sədrliyimiz bir daha göstərdi ki, Azərbaycan öz sözünə sadiqdir: "Beynəlxalq arenadakı oynadığımız rol, göstərdiyimiz həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyimiz dəstək - humanitar dəstək, maliyyə dəstəyi, xüsusilə COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq nüfuzumuzu, əlbəttə ki, böyük dərəcədə artırmışdır".Prezident İlham Əliyev müşavirədə Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur barədə söz açaraq vurğulayıb ki, bu gün Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı möhtəşəm yenidənqurma işləri də ölkənin iqtisadi qüdrətinin daha bir nümayişi kimi qiymətləndirilməlidir. Ölkəmiz işğaldan azad edilmiş ərazilərini tamamilə yenidən qurur. Aparılan işlər hamısı yüksək xərc tələb edir, dövlət hesabına aparılır. Prezident İlham Əliyevin dediyi kimi, heç bir yerdən heç kim bizə bir manat yardım etməyib: "Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub".Dövlət başçısı onu da vurğulayıb ki, qısa müddətdə görülən işlər bütün dünyanı sözün əsl mənasında heyrətə gətirir. Görülən işlərin mənbəyi dövlət büdcəsidir. Ölkənin büdcəsi təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Dövlət başçısının dediyi kimi, büdcənin böyüməsi dürüstləşmə və aparılan uğurlu islahatlar nəticəsində mümkün olmuşdur. Bəli, bu gün əldə olunan uğurlar görülən işin göstəricisidir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"- deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Və cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə səslənən fikirlər də bir daha sübut etdi ki, 2022-ci ildə də qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağıq. Dövlət başçımızın müşavirədə dediyi kimi: "Əminəm ki, biz bundan sonra da həmişə öz sözümüzə sadiq olacağıq, istədiyimizə nail olacağıq. Arzularımız da odur ki, ölkəmiz güclənsin, xalqımız daha yaxşı yaşasın".
SEYFƏDDİN ƏLİYEV,
YAP Masallı rayon təşkilatının sədri