PDF Oxu

Siyasət

  • 2 271

2022-ci ilin birinci yarım ili ölkəmiz üçün çox uğurlu oldu ŞƏRH

2022-ci ilin birinci yarım ili ölkəmiz üçün çox uğurlu oldu ŞƏRH

Azərbaycanın hərb meydanında Şanlı Zəfərlə bitən Qələbisindən sonra, qarşı tərəf məcbur olaraq kapitulyasiya aktına imza atmış oldu. Şuşa fatehləri eyniadlı şəhəri işğaldan azad etdikdə, artıq düşmən anladı ki, İkinci Qarabağ savaşının məğlub tərəfi onlardır. Müharibənin vaxtından əvvəl dayandırmağa məcbur qalan ermənilər, 3-cü ölkənin iştirakı ilə 10 noyabr 2020-ci ildə müəyyən bəndləri özündə əks etdirən Bəyannaməni imzaladılar.

Lakin üzərindən 2 ilə yaxın müddət keçsə də, üzərinə düşən öhdəliyi Ermənistan tərəfi hələ də yerinə yetirməmişdir. 10 noyabrda imzalanmış Bəyannamənin bəndlərində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə qurulmalıdır, ancaq bugünədək qeyd olunan əlaqə qurulmamışdır. Başlıca səbəb isə Zəngəzur dəhlizinin istifadəyə verilməməsidir. Bu, artıq onu göstərir ki, Ermənistan tərəf sülh istəmir və bu onu göstərir ki, siyasi sferada bir dövlət olaraq etibarını tam şəkildə itirməyə doğru irəliləyən bir Ermənistan vardır. Son zamanlar Ermənistan tərəfi hansısa statusdan danışmağa başlayıbdır. Sanki İkinci Qarabağ savaşında 30 ilə yaxın bir müddət işğalda qalan torpaqlarımızın cəmi 44 günə qaytarılmasında birbaşa Azərbaycan ordusunun rolunun olduğunu unutmuşlar. Cənab Prezidentin dediyi kimi, əgər Ermənistan bunu unudubsa, lazım gəlsə xatırlada bilərik. Azərbaycan Respublikasının ərazi vahidində hər hansı bir statusdan söz gedə bilməz. Cari ilin ilk yarım ili ərzində hər bir sahədə olduğu kimi, ordu quruculuğunda da, islahatlar aparılmışdır. Cənab Prezident öz çıxışında qeyd etmişdir ki, biz növbəti il üçün büdcəni təsbit edəndə ordu quruculuğuna nəzərdə tutulan məbləği yenidən artırası olduq. Bunun başlıca səbəbi isə Kəlbəcər rayonunda pozulmuş atəşkəslərlə bağlıdır.Hərbçilərimizin sosial müdafiəsi Azərbaycanda yüksək səviyyədə təmin edilməkdədir, həmçinin müharibədə qəhrəmanlıq göstərmiş igid hərbçilərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmaqdadır. Bu, bir prioritet məsələ olaraq dövlətin əsas prinsiplərinə daxildir. Müharibə bitdikdən sonra bir çox şəhid ailələri və qazilərin dövlət tərəfindən mənzillə təmin edilməsi başlanılmışdır və bu günədək davam etməkdədir. Müharibədə sağlamlığını itirmiş qazi qardaşlarımız üçün müasir Reabilitasiya mərkəzləri yaradılmışdır və ehtiyacı olanlara yüksək texnologiya ilə təchiz olunmuş bionik protezlərlə təmin edilmişlər. Budur Azərbaycanın gücü! Budur Azərbaycanın birliyi!

Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər