PDF Oxu

Siyasət

  • 3 217

Cari ilin altı ayı ərzində Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb ŞƏRH

Cari ilin altı ayı ərzində Azərbaycanda bütün sahələrdə inkişaf qeydə alınıb ŞƏRH

İkinci Qarabağ müharibəsində tarixi zəfər əldə edən Azərbaycan postmüharibə dövründə də davamlı olaraq uğurlu addımlar atır. Bütün sahələrdə bu addımların, həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsi müşahidə olunur.Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə dövlət başçısının da bəyan etdiyi kimi, ilin altı ayı bir daha onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Dövlət başçımızın müşavirədəki çıxışı bir daha göstərdi ki, ölkənin inkişafı ilə bağlı bütün strateji hədəflər müəyyən edilib, onların həyata keçirilməsi ilə bağlı əsaslı planlar və aydın təsəvvür var.Qeyd edək ki, əldə edilən uğurlar heç də təsadüfi deyil. Belə ki, məhz ölkəmizin başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycan inkişaf edib, xalqımızın rifahı yüksəlib. Bu siyasət həmçinin Azərbaycanın təhlükəsizliyinin təmin edilməsinə və dövlətimizin daha da güclənməsinə xidmət edir. Ölkə başçımızın verdiyi bütün vədlərə həmişə sadiq olub və qarşıya qoyulmuş bütün vəzifələrə vaxtında və artıqlaması ilə nail olunub.Prezident İlham Əliyevin müşavirədəki nitqində bir çox vacib məqamlara toxunuldu. Burada işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri barədə məqamlar da öz əksini tapıb. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması, həmçinin tarixi abidələrin bərpası ilə məşğul olacağıq. Yəni, burada hər şey plan üzrə gedir.Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, bu bölgə nəinki Azərbaycan üçün, bütün dünya üçün nümunəvi bölgə olacaq. Qeyd edildi ki, biz hər şeyi planlı şəkildə edirik. Şübhəsiz ki, tələsirik, amma eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək. Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlər gələn il də prioritet olacaq. Prezident İlham Əliyevin bildirdiyi kimi, infrastruktur, yaşayış binaları, kəndlərin qurulması - bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Azərbaycan bu il həmin ərazilərdə infrastruktur layihələri ilə daha çox məşğul olunmasına baxmayaraq, Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlanıb. Həmçinin, Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlanılıb. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri gedir və bu, gələn il də davam edəcək.

Fərid Mustafayev
YAP Yasamal rayon AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər