PDF Oxu

Siyasət

  • 2 364

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan Anlaşma Memorandumu

Azərbaycan uğurlu xarici siyasəti nəticəsində bütün ölkələrlə, güc mərkəzləri ilə səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında inkişaf etdirilir.Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dün¬ya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil Azərbaycanın daha da qüdrətlənməsində mühüm önəm daşıyır, ölkəmizin dünyada nüfuzunu daha da artırır.Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bununla bağlı bəzi məqamlara nəzər salaq. Əvvəlcə onu xatırladaq ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 40 faizə yaxın hissəsi bu təşkilatın üzv dövlətlərinin payına düşüb.Bütün bunlar Azərbaycan ilə Avro¬pa İttifaqı arasında əməkdaşlığın inki¬şafının ölkəmizin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərir. Məhz bunun nəticəsidir ki, respublikamızla bu qurum arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir, bu beynəlxalq təşkilat Azərbaycanın yuxarıda vurğuladığımız kimi, əsas ticarət tərəfdaşlarından biri kimi tanınır.İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin imzaladıqları Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na yönəldərək bildirib ki, tərəflər bu sənədin perspektivlərindən bəhs edərək onun əlaqələrin inkişafına böyük töhfələr verəcəyinə əminliklərini ifadə edirlər: “Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında “Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir” söyləyərək Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlığın böyük nailiyyət olduğunu qeyd etdi. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin təhlili fonunda bu əminliyi də ifadə edib ki, imzalanan Memorandum gələcək üçün yol xəritəsidir. Planlaşdırılan bütün məsələlər icra olunub, bundan sonra da böyük uğurlara imza atacağıq. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə bəyanatında bildirmişdir ki, Azərbaycan həqiqətən bizim üçün mühüm enerji tərəfdaşıdır. İmzalanan Anlaşma Memorandumu enerji tərəfdaşlığımızı daha da gücləndirir. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. İmzalanan sənəd vasitəsilə həmin sahədə əməkdaşlığın möhkəm təməli qoyulur.vropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu beynəlxalq təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Ölkəmizin enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır.

Xəyalə Eminova
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini

Digər xəbərlər