PDF Oxu

Siyasət

  • 2 769

Sülh müqaviləsi niyə bağlanmır? ŞƏRH

Sülh müqaviləsi niyə bağlanmır? ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin I-ci yarımilliyinin yekunlarına həsr edilmiş müşavirədə bir çox məsələlər barəsində ətraflı müzakirələr aparılmışdır. Cənab Prezident çıxışında bir çox məqamlara aydınlıq gətirdi. 10 noyabr 2020-ci il bəyannaməsində əks olunan bəndləri qarşı tərəf yerinə yetirməkdən boyun qaçırır və fikirləşir ki bu belə də qalacaqdır.Deyəsən, mənfur düşmən 44 şanlı gün ərzində "dəmir yumruğ”un təsirini yadından çıxarıbdır. Azərbaycan Respublikasının ərazisi ilə Naxçıvan Muxtar Respublikasının birləşdirəcək yolun böyük əhəmiyyəti vardır. Bunun baş verməsi üçün Zəngəzur dəhlizi açılmalıdır, Zəngəzur dəhlizinin açılmasına dair ilk öncə sülh müqaviləsi bağlanmalı, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası prosesi tamamlanmalıdır. Belə olduğu halda artıq Vahid Azərbaycan Ərazisi tamamlanacaqdır və mənfur düşmən özgə torpaqlarda möhkəmlənə bilməyəcəkdir.Cənab Prezident çıxışında qeyd etdi ki, son vaxtlar erməni siyasi rəhbərliyi tez-tez Qarabağdakı statusdan danışır. İlk öncə bunu bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının ərazisində hər hansı bir statusdan söhbət gedə bilməz, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Umumiyyətlə, bu söz işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub. Müharibdən öncəki dövrlərdə və indi də ordu quruculuğu daim olaraq ölkə başçısı tərəfindən diqqətdə saxlanılmışdır. II Qarabağ savaşından sonra 30 ilə yaxın müddət ərzində ordu quruculuğunda aparılmış islahatlar özünü 44 günlük müharibədə göstərmiş oldu. İndi Azərbaycanın qalib ordusu və qalib xalqı vardır . Son iki ilə yaxın müddət ərzində ölkə başçısı tərəfində şəhid ailələri,qazilər və mühaaribə iştirakçılarının sosial təminatlarına dair mühüm addımlar atılmışdır. Həssas kateqoriyadan olan insanların sosial təminatın yaxşılaşdırılması yolunda ardıcıl işlər həyata keçirilir. Onların evlə, avtomobillə, təqaüdlə təmin edilməsi ölkə rəhbərliyinin diqqətindədir.

Nəriman Orucov
YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər